Novruz Məmmədov: “Rusiya Qafqazda münaqişələrin həllinin tərəfdarıdır”
“Rusiyanın baş naziri Vladimir Putinin Türkiyəyə səfəri zamanı Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar səsləndirdiyi fikirlər əhəmiyyətlidir.
Bu fakt göstərir ki, Rusiya Qafqazda münaqişələrin həllinin tərəfdarıdır”.
APA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) saytına müsahibəsində Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N. Məmmədov bildirib ki, ümumiyyətlə, Cənubi Qafqaz özünün geostrateji mövqeyinə görə dünyanın aparıcı dövlətlərinin diqqətindədir. Bu baxımdan Putinin «Rusiya Qafqazda münaqişənin həllinin tərəfdarıdır. Çünki, münaqişələr bizim bölgə ölkələri ilə əməkdaşlığımıza mənfi təsir göstərir» fikri başa düşüləndir. Onun sözlərinə görə, dünyanın aparıcı dövlətləri öz maraqları naminə də bu regionda sabitliyin olmasını istəyir.
”Amma təəssüf ki, bəlkə də, həmin dövlətlərin maraqları səbəbindən bölgədə münaqişələr yaranıb və davam edir. Qeyd etmək lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərin özünəməxsus mövqeyi də var. Azərbaycanın səyləri ondan ibarətdir ki, bu maraqlar bir-birinə uyğunlaşdırılsın və problem ölkəmizin dövlətçilik və milli maraqlarına uyğun şəkildə həll edilsin” deyə Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb.
N.Məmmədovun fikrincə, artıq böyük dövlətlərin Dağlıq Qarabağ probleminin həllində maraqlı olduğu özünü göstərir. Ona görə də, Ermənistan tərəfinə təzyiqlər artır.

731