“Pakistan hər zaman Azərbaycanın yanındadır”
07 avqust 2009 17:35 (UTC +04:00)

“Pakistan hər zaman Azərbaycanın yanındadır”

Bu bəyanatla Pakistan Hərbi Dəniz Qüvvələri Komandanı çıxış edib

Avqustun 7-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Komandanı admiral Bəşir Nomanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Lent.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə S.Əbiyev Pakistanla Azərbaycan arasında mövcud olan çoxşaxəli hərbi-siyasi əməkdaşlıq münasibətlərinə toxunaraq bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyini bildirib. Pakistan-Azərbaycan əməkdaşlığının müdafiə sənayesi sahəsinə öz böyük töhfəsini verdiyini qeyd edən müdafiə naziri Azərbaycan kimi Pakistanın da ərazi münaqişəsi ilə üzləşdiyini deyib.
Admiral Bəşir Noman Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin mövqeyini açıqlayaraq bildirib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər və bu məsələdə Pakistan hər zaman Azərbaycanın yanındadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar