Yaqub Zurufçu Azərbaycan vətəndaşı oldu - EKSKLÜZİV
04 avqust 2009 19:30 (UTC +04:00)

Yaqub Zurufçu Azərbaycan vətəndaşı oldu - EKSKLÜZİV

Prezident İlham Əliyev müğənni Yaqub Zurufçuya vətəndaşlıq hüququ verib. Bu barədə məlumatı müğənni eksklüziv olaraq Lent.az-a açıqlayıb: “Əslində bu qərar çoxdan imzalanmalı idi. Rəhmətlik Heydər Əliyev o vaxt bu barədə mənimlə söhbət etmişdi. Lakin sonradan tale elə gətirdi ki, qismət olmadı. Amma yenə də Prezident İlham Əliyev tərəfindən iyul ayının 15-də bu barədə sərəncam imzalanıb”.

Ölkəsini çox sevdiyini deyən müğənni vətəndaşlıq hüququ aldıqdan sonra hisslərini ilk dəfə bizimlə bölüşüb: “Düzdü, əslində mən həmin Yaqubam, ölkəsini sevən insanam. Lakin əvvələlr incəsənətdə baş verənlərə münasibət bildirmək hüququndan məhrum idim. Özümü evimdə qonaq kimi hiss edirdim. Lakin indi mənim də bu ölkənin vətəndaşı kimi öz hüquqlarım var”.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691

Oxşar yazılar