“İçimdə mənimlə o dünyaya gedəcək sirlər var...” - MÜSAHİBƏ
Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun APA-ya müsahibəsi
- Səhv etmirəmsə, Milli Məclisdə ən çox deputatlıq təcrübəsi Sizdədir?
- Hə, 1985-ci ildən deputat adını daşıyıram. Bu müsahibədə həyatımda baş verən və indiyə kimi heç kimlə bölüşmədiyim bəzi məqamları açıqlamaq istəyirəm. Ona görə də, bir qədər əvvələ qayıtmalıyam. 1950-ci illərdə orta məktəbdə oxumuşam. O vaxt çox ağır illər idi. Biz kənddə böyük ailə idik - yeddi qardaş, bir bacı. Atamız vaxtsız rəhmətə getmişdi. Hətta dolanmaq üçün kolxoz bizə yemək ayrılmışdı. Ancaq hamımız ali təhsil aldıq. Naxçıvanda müxtəlif vəzifələrdə işləmişəm. 1985-ci ildə isə Naxçıvan Ali Sovetinin deputatı seçilmişəm. Harada işləmişəmsə, insanlara hörmətlə yanaşmışam. İlk dəfə Nehrəmə və öz kəndimiz Cəhriyə suyu mən çəkdirmişəm. Yəni xeyirxah işlərim çox olub. 1990-cı ildən öz kəndimiz Cəhridən Azərbaycan Ali Sovetinə namizədliyimi irəli sürüb, deputat seçildim. O vaxt Heydər Əliyev Naxçıvana yeni qayıtmışdı və mənimlə eyni vaxta Nehrəm kəndidən deputat seçilmişdi. Heydər Əliyevlə münasibətlərim həmin vaxtdan başlayıb. O, Naxçıvana gələndə gedib görüşdüm. Onda mənə “Vəzifədə işləyirsən, mənimlə əlaqələrinə görə səni vəzifədən çıxararlar” - dedi. Mən də “Vəzifə heç kimə qalmayıb” - dedim. Həmişə cəsarətli olmuşam.
- 1992-ci il hadisələri ilə bağlı televiziyada ən çox nümayiş olunan kadr Sizin parlamentin binasından telefonla Heydər Əliyevlə danışmaq cəhdlərinizdir. Nə etmək istəyirdiniz onda?
- 1992-ci il mayın 18-də Ali Sovetin iclası keçirilirdi. Xalq Cəbhəsi hakimiyyətə gəlmişdi, İsa Qəmbər də Ali Sovetin sədri olmalı idi. Mən orada öz ürəyimin hökmü ilə Heydər Əliyevin namizədliyini irəli sürdüm. İstədilər təklifimi nəzərə almasınlar. Ancaq təkid etdim. Qanun belə idi ki, namizədliyi irəli sürülən adam sessiyada iştirak etməli, ya da razılığı olmalı idi. Buna görə də, mən Heydər Əliyevə zəng etmək üçün yuxarı qalxdım. Ziyad Səmədzadə Ali Sovet sədrinin birinci müavini kimi mənimlə gəldi. Lakin telefonları kəsdilər, danışığım alınmadı. Ziyad Səmədzadə otaqdan qayıdandan sonra telefon danışığım haqda məlumat verdi. Bu hadisəni Azərbaycan tamaşaçıları bilir deyə, ətraflı danışmaq istəmirəm. Elə o vaxt Arif Rəhimzadə yaxınlaşıb mənimlə eyni fikirdə olduğunu söylədi. Onda həyatıma böyük təhlükə vardı. Məlumat verdilər ki, çölə çıxsam, məni öldürəcəklər. Allah rəhmət eləsin, o vaxt Kamran Rəhimov adlı deputat var idi. O, məni arxa qapıdan çıxardı, sağ qaldım. Onda qapıdan çıxan hər deputatı döyürdülər. Sonralar Yeni Azərbaycan Partiyasını yaradanda ölümə məhkum olunanlardan biri də mən olmuşam. İçimdə mənimlə o dünyaya gedəcək sirlər var...
- Siz “91”lərin digər nümayəndələrindən fərqli olaraq, o vaxt hansı işləri gördüyünüzü danışmaq istəmirsiniz...
- O işlərdə xidməti olan adamlar utanır, danışmır, özlərini reklam eləmirlər. O adamlar danışır ki, təkcə adı “91”lərin sırasında olub, vəssalam. Təəssüf ki, belə adamlar da var. Mənim nə etdiyimi yaxınımda olanlar bilir. Heydər Əliyev də, onun davamçısı olan İlham Əliyev də həmişə xidmətlərimi yüksək qiymətləndirib.
- Deputat olmaq asandır, ya çətin?
- İlk növbədə adama təcrübə, savad və qabiliyyət lazımdır. Təkcə mənim rəhbərlik etdiyim komitədə 62 qanun layihəsi qəbul edilib. Hələ qanunlara edilən əlavə və dəyişiklikləri demirəm. İndiyədək əlimdən 200-dək qanun gəlib keçib. Bu, ağır məsələdir. Ancaq bu işdən ləzzət alıram. 24 illik deputatlıq təcrübəm mənə kömək edir. Ətrafıma təcrübəli insanlar toplamışam.
- Axı, biz bütün deputatların Siz deyən kimi gərgin fəaliyyətini görmürük?
- Bu gün bütün ağırlıqlar komitə sədrlərinin və komitədə olan bir neçə mütəxəssis deputatın üzərinə düşür. Təəssüf ki, deputatlar təmsil olunduqları komitələrdə qəbul olunan qanunlarla bağlı səy göstərə bilmirlər. Onların bəzən buna vaxtları olmur.
- Komissiyalar komitələrə çevriləndən sonra nə dəyişib?
- Əslində, dəyişiklik olmalıdır. Rusiya Dövlət Dumasında komitələrin yüksək səlahiyyəti var. Bizim Konstitusiyada isə elə də yüksək səlahiyyətlər nəzərdə tutulmayıb. Ancaq komitə belədir ki, o şöbəyə tabe olmur. Şöbələr komitələrin tərkibində olur. Yəni qanunu hazırlayan da, onu Milli Məclisin müzakirəsinə çıxaran da komitələrdir. Ona görə bütün xidmətlər komitənin tərkibində olur. Hələlik bizdə iş köhnə qaydalarla gedir. Bu gün Milli Məclisin qanunvericilik şöbələrinə ehtiyac yoxdur. Onlar ləğv edilməli və komitələrlə birləşməlidirlər. Qanunvericiliyə deputatlar məsuliyyət daşıyır, şöbələr yox. Yəni onlar bayaq dediyim kimi komitələrin tərkibində fəaliyyət göstərməlidirlər. Dünyanın hansı ölkəsindəki komitə var, orada vəziyyət mən deyən kimidir. Ancaq gələcəkdə mənim dediklərimin hamısı olacaq.
- Siz həm də Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbərinin müavinisiniz. Dağlıq Qarabağ probleminin ATƏT-in Minsk Qrupu çərçivəsində həllini tapacağını gözləməyə dəyərmi?
- Mən həmişə ATƏT-in Minsk Qrupunu tənqid etmişəm. Ancaq adam fikirləşir ki, tutaq ki, Amerika və Rusiya həmsədrlikdən uzaqlaşdırıldı, sonra nə baş verəcək? Dünyanın ən böyük dövlətləri bunlardır. Bu münaqişənin həll olunmamasında din və dil faktorları da böyük rol oynayır. Bundan başqa, Ermənistan Rusiyanın forpostu, quberniyalarından biridir. İndi biz gedib Ermənistan kimi ola bilmərik axı. Bu yaxınlarda Rusiya və ABŞ prezidentləri görüşdü. Təəssüf ki, Dağlıq Qarabağdan danışmadılar. Onlara münaqişənin bu şəkildə qalması sərf eləyir. İstəmirlər ki, problem həll edilsin və Cənubi Qafqazda Azərbaycan kimi güclü bir dövlət yaransın. Mən Dağlıq Qarabağ probleminin “Madrid prinsipləri” ilə həllinə ümid edirəm. Bu istiqamətdə müxtəlif fikirlər səslənsə də, mən bu prinsiplə razılaşmanın tərəfdarıyam. Hələlik beş rayonun qaytarılmasına və məcburi köçkünlərin yerlərinə qaytarılması yaxşı təklifdir. Sonra iqtisadi əlaqələr qurula və Dağlıq Qarabağın statusu müəyyənləşdirilə bilər. Biz bu gün “Madrid prinsipləri” ilə razılaşmalıyıq. Təbii ki, əgər ermənilər yenə də qaçmasalar. Ancaq onlar da başa düşür və deyirlər ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində problemin həll olunacağına inanıram.
- 64 yaşında özünüzü necə hiss edirsiniz?
- Sağlamlıq baxımından özümü çox yaxşı hiss edirəm. Buna əsas səbəb işim və dostlarımdır. Bir vaxtlar həyat yoldaşım, iki oğlum, bir qızımla xoşbəxt yaşayırdım. Həmişə həsəd aparılası adam olmuşam. Elə bu gün də paxıllığımı çəkənlər var. Bütün deputat həmkarlarım mənə ağsaqqal kimi yanaşır.
- Nəyə görə deyirsiniz ki, bir vaxtlar xoşbəxt olmusunuz? İndi xoşbəxt deyilsiniz?
- Heç kimə danışmasam da, bunu bütün Azərbaycan bilir. Oğlum 2001-ci ildə İranda diplomat olanda faciəli şəkildə həlak oldu. Hər bir ata-ana üçün oğul itkisi çox ağırdır. Baxmayaraq ki, bu hadisənin üstündən 8 il keçib. Ancaq indiyə kimi özümə gələ bilmirəm. Onda mənə ən böyük təskinliyi dostlarımla yanaşı, özümə ata hesab etdiyim Heydər Əliyev verdi. Oğlumun qırxı çıxana kimi zəng elədi. O, həmişə zəng edəndə uşaq kimi ağlayırdım. Heç vaxt bu barədə danışmamışam və həmişə bunları dilimə gətirmək mənə ağır olub.
- Oğlunuz subay idi?
- Yox, evləndirmişdim, ev də almışdım. Ancaq içində bir gün də yaşamadı. Onu İrana 2001-ci ilin avqustun 1-də yola saldım, 31-də isə ölüsünü qarşıladım. Bu dərdə görə özümü heç vaxt xoşbəxt hesab eləyə bilmərəm. Düzdür, dostlarım indi də yanımdadır. Ancaq bu dərdi unutdurmaq dostların işi deyil. Atalar öləndə oğullar tez unudur. Mən bunu görmüşəm. Atam, qardaşım ölüb. Mənim düşmənim yoxdur, əgər olsaydı belə, ona da oğul dərdi arzulamazdım. Mən o vaxt xoşbəxt olaram ki, oğlumun heç olmasa iki balasından birinə toy eləyim. Ondan sonra oğlumun yanına üzü ağ gedə bilərəm. Onda gedib deyəcəyəm ki, oğlum, sənin ruhun qarşısında borcumu yerinə yetirdim...
- Onun uşaqlarının neçə yaşı var?
- Qızının 13, oğlunun 11 yaşı var. Uşaqlar onsuz da böyüyürlər. Mən də atadan yetim olmuşam. Misal var, “Yetim böyüyür, pislik əzrailə qalır”. Oğlum Rzaya atamın adını qoymuşdum. İndi də onun oğlu mənim adımı daşıyır. Təsəlli verənim çoxdur, ancaq ürəyimdəkini heç kim bilmir. Çalışıram ki, heç vaxt sınmayım. O hadisədən uzun müddət sonra ağır sarsıntılar keçirdim.
- İrana yolunuz düşəndə hansı hissləri keçirirsiniz?
- Açığı ora gedəndə bu hadisə mənə daha çox təsir edir. Bir dəfə İranda olanda istədim gedib onun qəzaya düşdüyü yerə baxım, ancaq uşaqlar məni qoymadılar. Fikirləşirəm ki, yaşamağa məcburam.
- Belə vaxtda təsəlli üçün kimə üz tutursunuz?
- Bayaq dediyim ki, mənim əvəzsiz dostlarım var. Özümə ağsaqqal bildiyim Fəttah müəllim, Siyavuş, Hadı, Hüseynbala, Ziyafət, Ərəstun və digər deputat həmkarlarım mənə qarşı çox böyük diqqət göstərirlər. Onlar məni tək qalmağa qoymurlar. Onların hamısına minnətdaram. Hətta jurnalistlər belə həmişə mənə qarşı xüsusi münasibət bəsləyiblər. Gərək daha yaxşı olmağa çalışım. Həyatda qarşıma çıxan hər kəsə kimliyini soruşmadan belə hörmət etmişəm. İstəyirsən ki, sənə hörmət etsinlər, həmişə təmiz ol. Çöldə, bayırda gördüyüm hər bir qadına anam, bacım kimi yanaşmışam. Qoy Allah hamıya var-dövlət qismət eləsin. Bu gün Milli Məclis mənim ailəmdir. Orada oturan hər bir kəsi, hətta müxalifətdən olan deputatları belə özümə qardaş, bacı, ailə üzvü hesab edirəm.
- Bu “ailənin başçısı” ilə münasibətləriniz necədir?
- Mənim spiker və insan kimi Oqtay Əsədova böyük hörmətim var, o, da mənə hörmətlə yanaşır. Parlamentin sədr müavinləri ilə də yaxşı münasibətdəyəm. İndiyə kimi heç kim, hətta müxalifət deputatları belə mənim üzümə qayıtmayıb. Hətta müxalifət deputatlarını ciddi tənqid edən də mənə ağır cavab qaytarmayıblar.
- Növbəti parlament seçkisində yenidən deputat olmaq istəyiniz varmı?
- Heç vaxt özbaşına hərəkət etmərəm. Mənim yaradıcısı olduğum Yeni Azərbaycan Partiyası var. Əgər bu partiya yenə məsləhət görərsə, namizədliyimi verərəm. Yox əgər məsləhət olmazsa, gedib təqaüdümü alaram və partiya üzvü kimi xidmətimi davam etdirərəm. Bekar qalsam belə, partiyama sədaqətdən dönmərəm. O partiyanın Naxçıvanda təsis konfransı keçiriləndə bütün əziyyətini çəkənlərdən biri mən olmuşam. Bu partiyanın mayasında haram yoxdur. Bu gün də Əli Əhmədov, Siyavuş Novruzov mənə ölənə qədər də desələr ki, filan yerdə tədbir var get, yenə də gedərəm. Canımda can olduğu qədər bu yoldan çəkinməyəcəyəm. Bu gün Azərbaycanda olan inkişafı dünyanın heç bir ölkəsində görmürəm. Açığını deyim ki, ölkənin belə gözəl inkişafında İlham Əliyevin böyük xidmətləri var. İlham Əliyev kimi prezident yoxdur. Mən həmişə həqiqəti danışmışam.
- Necə dolanırsınız?
- Həyat yoldaşım, rəhmətə gedən oğlumun yoldaşı və uşaqları ilə bir yerdə yaşayıram. Komitə sədri kimi iki min manat maaş alıram, min manata qədər də təqaüd verirlər. Çox sadə ömür sürürük.
- O biri uşaqlarınız nə işlə məşğul olur?
- Qızım müəllimədir, yaxşı bir insanla ailə qurub. Oğlum isə Vergilər Nazirliyində şöbə müdiridir. Mənim kimi o, da aşağıdan başlayaraq, pillə-pillə yüksəlib. Onun da öz ailəsi var. Gündə bir ev tikdirən, bir maşın alan adam deyiləm. Heç vaxt rüşvət tələb etməmişəm. Kiməsə yaxşılığım keçib, o, da əvəzində mənə bir kostyum alıbsa, qəbul etmişəm. Yəni, həmişə dolanışığım etdiyim yaxşılıqlardan çıxıb.
- Nəvələrinizlə münasibətiniz necədir?
- Onlar mənim həyatımın mənasıdır. Nəvələrim bir-birindən ağıllı və gözəldirlər. Bizim ailənin öz qayda-qanunları var. Uşaqlar əziyyət çəkməsə, həyatın qədrini bilməzlər. Heç kəs qudurğanlıq eləyə bilməz.
- Boş vaxtınızı necə keçirirsiniz?
- Bir dostum var, onunla nərd, bilyard oyanıyam. Televiziyada idman yarışlarına, daha çox isə xəbərlərə baxıram. Ən böyük istəklərimdən biri də Azərbaycanın rayonlarını gəzməklə bağlıdır. Hər il qışda Yesentukiyə gedib müayinə, müalicə olunuram. Özümü yoxlatdırıram görüm nə xəstəliyim var? Allaha şükür, heç bir xəstəliyim yoxdur. Bunu bütün mənalarda deyirəm...

918