Azay Quliyev Prezident İlham Əliyevə məktub yazıb
Ölkə başçısı "Könüllü fəaliyyət haqqında" Qanunu imzaladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. Müəllifi olduğu bu qanunun qüvvəyə minməsini ictimai sektorun həyatında mühüm hadisə kimi qiymətləndirilən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev bu münasibətlə Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib. Məktubda bildirilir ki, bu qanunun qüvvəyə minməsi könüllü fəaliyyətlə məşğul olan vətəndaşlarımızın hüquq və mənafelərini qorumaqla bərabər, Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsi və onun ayrı-ayrı təsisatlarının sərbəst və maneəsiz fəaliyyəti üçün qanunvericilik bazasını möhkəmləndirəcək: “Üçüncü sektora özü ilə yeni məzmun və mahiyyət gətirən bu qanun ölkəmizdə ictimai və humanitar fəaliyyət üçün mövcud şəraiti daha da yaxşılaşdıracaq və bununla da son illər Sizin tərəfinizdən bu sahədə ardıcıl şəkildə həyata keçirilən islahatlara yeni təkan verəcək”.

753