81 senatordan Türkiyəyə zərbə
ABŞ konqresmenləri Ermənistan-Türkiyə münasibətləri və qondarma “erməni soyqırımı” ilə bağlı prezident Barak Obamaya müraciət ediblər
ABŞ Konqresinin 81 üzvü prezident Barak Obamaya müraciət edib.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ermənipərəst konqresmenlər rəsmi Ankaranın Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini əngəlləməsindən narahatlıq ifadə edərək, B.Obamanı qondarma “erməni soyqırımı”nı tanımağa çağırıblar. Ermənipərəst konqresmenlər Frank Pallone, Mark Kirk, Adam Şift və Corc Radanoviç tərəfindən iyulun 10-da hazırlanmış müraciətə ümumilikdə 81 konqresmen imza atıb.
Müraciətdə deyilir: “Biz Sizə müraciət etməklə, rəsmi Ankaranın Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını nəzərdə tutan “Yol xəritəsi”nin həyata keçirilməsini əngəlləməsindən narahatlığımızı çatdırmaq istəyirik. Ermənistan hökumətinin heç bir ön şərt irəli sürmədən “Yol xəritəsi” əsasında münasibətlərin normallaşması prinsipinə sadiq qalmasına baxmayaraq, Türkiyənin açıq bəyanatları və hərəkətləri bunun tam əksini göstərir”.
Müraciətdə buna misal olaraq Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 2009-cu il mayın 13-də verdiyi bəyanatı göstərilib. Ərdoğan həmin bəyanatında Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca və Azərbaycan torpaqları işğaldan azad edilməyincə, Ermənistanla sərhədlərin açılmayacağını vurğulayıb.
Konqresmenlərin müraciətinin sonunda deyilir: “Belə təəssürat yaranır ki, Türkiyə erməni soyqırımının ABŞ tərəfindən tanınmasına mane olmaq üçün “Yol xəritəsi”ni imzalayıb, lakin sənədə əməl etmək niyyətində deyil. Ona görə də Sizin Administrasiyanızı erməni-türk münasibətlərinin normallaşması və erməni genosidinin tanınması məsələlərini bir-birindən ayırmağa çağırırıq. Ümidvarıq ki, Administrasiyanın yeni səylərindən və resurslarından Ermənistanla Türkiyə arasında münasibətlərin heç bir ön şərt olmadan normallaşması işində istifadə olunacaq. Bundan başqa, Sizin seçkiqabağı kampaniya zamanı bəyan etdiyiniz erməni soyqırımını rəsmi tanımaq siyasətini qətiyyətlə dəstəklədiyimizi vurğulayırıq”.

580