Türkmənistan Xəzərə 2 kater gətirir
Bununla da Xəzərdəki Türkmən donanmasının gəmi sayı 23-ə yüksəlir
Xəzərdə hələ də “iki qapıya” oynayan, Azərbaycana aid bir sıra perspektiv yataqlara qarşı iddialarından əl götürməyən Türkmənistan sentyabrın ortalarında donanmasına 2 yeni patrul katerini daxil edəcək. Bununla da Türkmənistanın son bir ildə Hərbi Dəniz Qüvvələrinin sıralarına daxil etdiyi gəmilərin sayı 3 olur. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, sonuncu gəmi ötən ilin noyabr ayında Rusiyadan uzun müddətə icarəyə götürülmüş “Molniya” tipli raket kateri olub.
Türkmənistanın sifariş verdiyi patrul katerləri Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Almaz Gəmiqayırma Zavodu” ASC-də tikilib. Hazırda katerlərin üzərinə silahlar və naviqasiya sistemləri yerləşdirilir. Avqustun sonlarında hər iki kater sınaqdan çıxarılacaq və Trkmənistan Dəniz Qüvvələrinə təhvil veriləcək.
Bununla da Xəzərdəki Türkmən donanmasının gəmi sayı 23-ə yüksəlir. Gəmi sayına görə Xəzərdə sonuncu olmasına baxmayaraq, rəsmi Aşqabadın donanmasının 97%-ni yeni, 2000-ci ildən bu yana inşa olunan gəmilər təşkil edir.
Rusiyanın Navy.ru portalının məlumatına görə, Türkmənistan Ukrayna, Polşa və Rusiyaya ümumilikdə 30-dan artıq müxtəlif katerlər sifariş verib. Bunların sırasında 20-dək “Qrif-T” və “Kalkan-M”, həmçinin bir neçə ədəd “Tornado” kateri var. “Qrif” və “Kalkan” katerləri əsasən sahil sularını mühafizə etmək, sərhəd və gömrük nəzarətini həyata keçirmək məqsədləri üçün geniş istifadə olunur. Trkmənistanı Xəzərdə daha çox İran dəstəkləyir və 2003-cü ildə İran Aşqabada uzunmüddətli icarə şərtləri ilə 7 sərhəd kateri və 1 esminets verib.
Qeyd edək ki, “Sobol” katerlərinin su tutumu 57 ton, uzunluğu 27,96 metr, sürəti saatda 47 uzl, maksimum hərəkət uzaqlığı 500 mildir. Gövdəsi alüminium lövhələrdən hazırlanan kater 2 ədəd “Deutz TBD616V16” (1250-1360 kVt) dizel mühərriki ilə təchiz olunur. Silahlanmasına “Vixr-K” raket-artilleriya kompleksi, 30 mm çaplı AK-306 artilleriya qurğusu, 14,5 mm çaplı dəzgahlı pulemyot daxildir.
Rəşad Süleymanov

2214