Türkiyədən Ermənistana cavab
30 iyul 2009 14:45 (UTC +04:00)

Türkiyədən Ermənistana cavab

Əhməd Davudoğlu: “Eyni qərarlılıq Ermənistan tərəfindən göstərilmədir”

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə bağlı sualları cavablandırıb.


Lent.az-ın “Vatan”a istinadən məlumatına görə, nazir “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini qərarlılıqla davam etdiririk”, deyib.

Davudoğlu Ermənistanın da müvafiq addım atmasının vacibliyini vurğulayıb: “Eyni şəkildə Azərbaycan-Ermənistan münaqişəsi məsələsində eyni qərarlılığı Ermənistan tərəfindən göstərilməsi də vacibdir”.

Onun sözlərinə görə, əsas məsələ bu prosesin yavaş və ya sürətli işləməsi deyil, prosesin daha güclü iradəyə söykənməsi, tərəflərin bir-biri ilə məsələni açıq və səmimi şəkildə müzakirə etməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878

Oxşar yazılar