“Kipr məsələsi və Dağlıq Qarabağ münaqişəsi arasında bağlılıq var”
30 iyul 2009 10:00 (UTC +04:00)

“Kipr məsələsi və Dağlıq Qarabağ münaqişəsi arasında bağlılıq var”

ABŞ-ın Kiprdəki səfiri Frank Urbançik Vaşinqtonun tanımış Vudro Vilson Mərkəzində (Woodrow Wilson Center) Kipr münaqişəsinin hazırkı mərhələsi ilə bağlı sualları cavablandırıb.

APA-nın Vaşinqton müxbirinin Kipr üzrə sülh danışıqlarının Dağlıq Qarabağın taleyinə təsiri barədə sualının cavabında səfir deyib ki, bu münaqişələr arasında bağlılıq var: “Bu münaqişələrin hər biri həllinin tapılması etimadın qurulması üçün mühüm rol oynayacaq. Ona görə də gəlin Kipr münaqişəsinin həlli ilə başlayaq. Dağlıq Qarabağ isə ikinci mərhələ ola bilər. Bəlkə də Gürcüstanın problemlərinin bundan sonra həlli mümkündür. Bəli, hesab edirəm ki, sadaladığım münaqişələr arasında bağlılıq var. İndinin özündə regionda etimadın səviyyəsi çox aşağıdır. Bunu artırmaq lazımdır”.

Səfir Urbançik Türkiyənin Ermənistanla münasibətlərinə toxunaraq bunları deyib: “Kiprlilərin Ermənistanla ənənəvi əlaqələri var. Kiprin prezidenti Ermənistanın rəhbərliyinə yaxındır. Türkiyə isə Yaxın Şərqdə ənənəvi rola malikdir. Türkiyənin bütün regionun ən vacib ölkələri ilə sərhədi var. Rəsmi Ankaranın regional mərkəz olaraq, nüfuzu azalan deyil. Buna görə Türkiyə Ermənistanla öz problemlərini həll edə bilər. Biz inanırıq ki, bu, belə olacaq və olmaqdadır. İki ölkə arasında problemin həlli kritikdir və çox vacibdir. Türklər bunu bilir. Ona görə də onlar bu məsələyə bu qədər diqqət ayırırlar”.

Qeyd edək ki, 2008-ci ilin sentyabr ayında Kiprdə səfir vəzifəsinə təyin olunmazdan əvvəl səfir Frank Urbançik İstanbulda baş konsul vəzifəsində çalışıb, 10 yaxın xarici ölkədə ABŞ diplomatik missiyalarında müxtəlif vəzifə sahibi olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 846

Oxşar yazılar