Sərkisyan israr edir
“Sərhədlər açılmasa, Türkiyə-Ermənistan maçını izləmək üçün Türkiyəyə getməyəcəyəm”
Ermənistan prezidenti Serj Sərkisyan 2010-cu il dünya çempionatı çərçivəsində Türkiyədə keçiriləcək Türkiyə və Ermənistan milli futbol yığmalarının görüşünü izləməsi üçün növbəti dəfə şərt irəli sürüb.
Lent.az-ın türk mətbuatına istinadən yaydığı xəbərə görə, Serj Sərkisyan iki ölkə sərhədləri açılmazsa, Türkiyədə keçiriləcək futbol yarışına baxmağa getməyəcəyini söyləyib.
Ermənistan prezidenti yaxın vaxtlarda Türkiyənin konstruktiv addımlar atmasını gözlədiyini bildirib.
Qeyd edək ki, bu ilin yazında Türkiyə prezidenti Abdulla Gül futbol komandalarının yarışına baxmaq üçün İrəvana getmişdi.

532