ABŞ konqresmenləri Azərbaycana gələcəklər
24 iyul 2009 10:00 (UTC +04:00)

ABŞ konqresmenləri Azərbaycana gələcəklər

Bu barədə APA-nın ABŞ bürosuna açıqlamasında Ali Qanunvericilik orqanın Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, Texas millət vəkili Solomon Ortiz məlumat verib. S. Ortiz bildirib ki, Azərbaycanla yaxından işləyirlər: “Bilirsiniz ki, Azərbaycan üzrə İşçi Qrupunun üzvləri Konqresdə mühüm rol oynayırlar. Hazırda Azərbaycan səfirliyi ilə danışıqlar aparırıq. Avqust ayının ortalarında Azərbaycana səfər etməliyik. Azərbaycan bizim müttəfiqimizdir”.

Bir müddət əvvəl Dövlət və Xarici Əməliyyatlar Alt Komitənin sədri, xanım Nita Lovey və Alt Komitənin sədr müavini Kay Qringerə Azərbaycanla bağlı məktub ünvanladıqlarını qeyd edən konqresmen Azərbaycanın vacib əhəmiyyətli ölkə olduğunu söyləyib: “Azərbaycan mühüm rola malik ölkədir və biz uzun illərdir, dostluq edirik. Məktub göndərməkdə də məqsədimiz budur ki, Alt Komitə Azərbaycanın dostumuz olaraq qalacağını başa düşsün”.

Nümayəndələr Palatasının Dağlıq Qarabağa 2010-cu maliyyə ilində 10 milyon dollar yardım ayırması məsələsinə toxunan cənab Ortiz müvafiq qanun sonuncu dəfə Senatla Nümayəndələr Palatası arasında razılaşdırılanda müvafiq addımlar atacaqlarını söyləyib: “Biz Azərbaycana hər cür köməklik göstərəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1036

Oxşar yazılar