Kəpəz və Şamaxı məhkəmələrinə yeni hakimlər təyin edilib
Azərbaycan prezidenti İlham Əliyev bəzi hakimlərin vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar birinci instansiya məhkəməsinin hakimi və məhkəmə sədri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın məlumatına görə, sərəncama əsasən, Vəli Əsgər oğlu Abdullayev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi təyin olunub. Həmin məhkəmənin sədri Təranə Talış qızı Hüseynova isə vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Şamaxı Rayon Məhkəməsinin hakimi təyin edilib.

1045