Əli Həsənov Adnan Hacızadə və Emin Millinin həbsinə münasibət bildirdi
20 iyul 2009 15:30 (UTC +04:00)

Əli Həsənov Adnan Hacızadə və Emin Millinin həbsinə münasibət bildirdi

“Azərbaycanda təəssüflər olsun ki, bəzən bu tipli aksiyaları siyasiləşdirir, şou düzəldir, sonra isə bundan Azərbaycan dövlətçiliyinə qarşı istifadə edirlər”.


Bunu APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Adnan Hacızadə və Emin Millinin həbsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.


Dövlət rəsmisi artıq gənclərin hansı şəraitdə və nəyə görə həbsi edilməsi ilə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin açıqlama verdiyini xatırladıb.


Ə. Həsənovun sözlərinə görə, işin bundan sonrakı gedişi haqında qərarı məhkəmə verməlidir: “Məhkəmənin qərarı olmadan, hadisələri bu şəkildə şişirtmək, siyasiləşdirmək, hadisələrə bu şəkildə qiymət vermək məhkəmə qərarlarına bu və ya digər şəkildə təzyiq və təsir kimi qiymətləndirilə bilər. Məhz bu baxımdan mən də əlavə şərh vermək istəmirəm. Məsələyə artıq lazımi orqanlar münasibət bildiriblər. Növbəti münasibət bildirəcək orqan məhkəmədir. Məhkəmənin qərarını gözləmək lazımdır. Yalnız məhkəmənin qərarından sonra hər hansı rəy vermək olar”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1094

Oxşar yazılar