“Üçlük” Azərbaycandadır
20 iyul 2009 10:30 (UTC +04:00)

“Üçlük” Azərbaycandadır

Avropa İttifaqı (Aİ) “üçlüyü” Azərbaycanda səfərdədir.


APA-nın məlumatına görə, Aİ-nin hazırkı sədri, İsveçin xarici işlər naziri Karl Bildin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə iyulun 19-da Gürcüstandan gəlib. Nümayəndə heyətinə Aİ-nin indiki, əvvəlki və bundan sonrakı sədr ölkələrinin nümayəndələri, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi, Aİ Şurası katibliyinin təmsilçisi Paolo Barroso Simos, Avropa Komissiyasının təmsilçiləri Karel Kovanda və Con Kyaer daxildir.

Aİ “üçlüyü”nün iyulun 20-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü olacaq. Nümayəndə heyəti bu gün Ermənistana yola düşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1024

Oxşar yazılar