Serbiya Rusiyanın üzünə ağ olur
18 iyul 2009 16:01 (UTC +04:00)

Serbiya Rusiyanın üzünə ağ olur

Rəsmi Belqrad da «Nabucco»ya qoşulmaq istəyir
Rusiyanın Balkan yarımadasında müttəfiqi saydığı Serbiya da «Nabucco» layihəsinə qoşulmaq istəyir.
Lent.az-ın «Nezavisimaya qazeta»ya istinadən yaydığı məlumata görə, “Serbiyaqaz”ın baş direktoru Duşan Bayatoviç Belqradda işıq üzü görən «Politika» qəzetinə müsahibəsində deyib ki, müvafiq təklif olarsa, ölkəsi bu layihədə iştirak etməyə hazırdır.
Duşan Bayatoviç bildirib ki, «Nabucco» qaz kəmərinin Serbiya ərazisindən keçməsi nəzərdə tutulmasa da, bu kəmərin bir qolunun Serbiyaya istiqamətlənməsi yaxşı olardı.
«Nezavisimaya qazeta» yazır ki, Rusiyadan yan keçməklə Xəzər qazının Avropaya daşınmasını nəzərdə tutan «Nabucco» kəməri Moskvanın lobbiçilik etdiyi «Cənub axını» layihəsinin əsas alternativi sayılır. Serbiya isə Balkan yarımadasında Rusiyanın etibarlı müttəfiqi sayılır və «Cənub axını» tikilib başa çatdıqdan sonra bu qaz kəmərindən də ən böyük mənfəəti serblər götürəcəklər. Qəzet qeyd edir ki, bütün bunlara baxmayaraq, Belqrad son vaxtlar «Nabucco»ya qoşulmaq istəyi ilə bağlı daha ucadan danışmağa başlayıb.
Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar