“İndiyədək prezidentlər mürəkkəb məsələlərlə bağlı bu qədər açıq və birbaşa danışmayıblar”
“Biz iki il əvvəl təklif etdiyimiz “Madrid prinsipləri” ilə bağlı prezidentlərin razılığına nail olmaq üçün iş aparırıq”.
APA-nın Moskva müxbirinin məlumatına görə, bu sözləri Azərbaycan və Ermənistan prezidentlərinin iyulun 17-də Moskvada keçirilmiş görüşündən sonra ATƏT-in Minsk Qrupunun fransalı həmsədri Bernar Fasie deyib.
Ötən müddət ərzində xeyli tərəqqiyə nail olunduğunu bildirən diplomat lakin bunun hələlik prezidentlərin razılığa gəlməsi üçün kifayət etmədiyini söyləyib. B. Fasie Moskva görüşünün ciddi və konstruktiv diskussiya şəklində keçdiyini qeyd edib: “Prezidentlər və biz geniş əhatəli məsələləri müzakirə etdik. Prezidentlərə bu müzakirələri qiymətləndirmək üçün vaxt lazımdır. Xoşbəxtlikdən bugünkü danışıqları qiymətləndirməyə imkan verəcək pauza olacaq”.
Vasitəçi onu da əlavə edib ki, Moskva görüşü 13 ay ərzində keçirilmiş altıncı görüşdür: “Bu o deməkdir ki, hər iki prezident çox danışıb. Biz indiyə kimi prezidentlərin mürəkkəb məsələlərlə bağlı bu qədər açıq və birbaşa danışdığını görməmişik. Praqa, Sankt Peterburq və bu görüş belə deməyə əsas verir ki, “Madrid prinsipləri”ni razılaşdırmaq məqamına yaxınlaşmışıq”.

986