APA “Türk Ajansı-Kıbrıs” agentliyi ilə əməkdaşlıq protokolu imzaladı
Lefkoşada APA İnformasiya Agentliyi ilə “Türk Ajansı-Kıbrıs” (TAK) agentliyi arasında əməkdaşlıq protokolu imzalanıb.
APA-nın məlumatına görə, protokolu APA-nın baş direktoru Vüsalə Mahirqızı və TAK İdarə Heyətinin sədri Əmir Ərzoy imzalayıblar. Əldə olunan razılaşmaya əsasən, tərəflər informasiya mübadiləsi, o cümlədən foto və videomaterialların mübadiləsini aparacaqlar. Bundan başqa APA və TAK müxtəlif mövzularda informasiyaların hazırlanmasını bir-birinə sifariş verə bilərlər. Əməkdaşlıq protokolunda əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması üçün təcrübə mübadiləsinin aparılması, birgə layihələrin, konfrans, seminar və forumların keçirilməsi də nəzərdə tutulub. İmzalanma mərasimində Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Zəki Qazioğlu da iştirask edib.
Qeyd edək ki, Azəri-Press Agentliyi (APA) Məhdud Məsuliyyətli Cəmiyyəti 2004-cü ildə yaradılıb, müstəqil, özəl və beynəlxalq arenada tanınmış informasiya agentliyidir. Agentlik dünyada baş verən önəmli hadisələrlə yanaşı, əsasən, Azərbaycan və Cənubi Qafqazı əhatə edir, “on-line” xəbər xidməti göstərir. Şirkətin tərkibində APA-News, APA-ECONOMICS, APA-SPORT, APA-Photo bölmələri fəaliyyət göstərir. Agentlik abunəçilərinə gündəlik xəbərlərlə yanaşı, video görüntülər, bank renkinqləri, həftəlik və aylıq təhlillər, proqnozlar, xüsusi fotobank təqdim edir. Şirkət ABŞ, Türkiyə, Fransa, Rumıniya, Rusiya, Gürcüstan və dünyanın digər aparıcı ölkələrində nümayəndəliklərini açıb. Agentlik xəbərlərini Azərbaycan, rus, ingilis, fransız və ərəb dillərində yayımlayır. Nüfuzlu araşdırma mərkəzlərinin, diplomatik korpusun sifarişi əsasında şirkətin tanınmış politoloq və mütəxəssislərdən ibarət ekspertlər qrupu tərəfindən təhlillər hazırlanır, monitorinqlər keçirilir. Artıq beynəlxalq arenada tanınan və dünyanın aparıcı KİV-inin istinad mənbəyi olan APA regionun ən böyük, etimad qazanmış media şirkətləri sırasındadır. Beynəlxalq reytinq cədvəllərinin statistikasına görə, APA Azərbaycanın ən çox istinad edilən və oxunan informasiya agentliyidir.
“Türk Ajansı-Kıbrıs” 1973-cü il dekabrın 21-də təsis olunub. Müstəqil qurum olan agentlik 7 nəfərdən ibarət İdarə Heyəti tərəfindən idarə olunur. Agentliyin rəhbəri İdarə Heyətinin sədridir. TAK daxili və xarici xəbərlərdən ibarət gündəlik informasiya bülleteni, adada müxtəlif dillərdə nəşr olunan qəzetlərin xülasəsindən ibarət xüsusi bülleten hazırlayır. TAK-ın fotoservis xidməti mövcuddur. Abunəçiləri arasında dövlət qurumları, biznes təşkilatları, siyasi partiyalar, media qurumları çoxluq təşkil edən TAK “Reuters”, “Associated Press”, AFR və İRNA kimi agentliklərlə əməkdaşlıq edir. TAK həmçinin Türkdilli Ölkələrin Xəbər Agentlikləri Birliyinin üzvüdür.

1034