Rauf Arifoğlu: “Siyasi düşərgədən olan ittihamları qətiyyətlə rədd edirəm” - MÜSAHİBƏ
“Bizə yazının hazır şəkildə ötürülməsini və ya sifariş verilməsini iddia etmək sadəcə böhtan atmaq, qaralamaq cəhdidir”
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun APA-ya müsahibəsi
- “Yeni Müsavat” qəzetinin dünənki sayında “ABŞ iqtidarı devirmək planı hazırlayırmış” sərlövhəli yazı birmənalı qarşılanmayıb. Yazıda adı çəkilən gənclərin yaxınları və siyasi düşərgənin bəzi üzvləri bu yazını təxribat və sifariş kimi qiymətləndiriliblər. Buna münasibətiniz necədir?
- Gənclərin yaxınlarının dediklərini anlayış və səbirlə qarşılayıram. Hərçənd ünvanımıza bəzən elə ifadələr işlədilir ki, bu heç də asan olmur. Siyasi düşərgədən olan ittihamları isə qəbul etmirəm və qətiyyətlə rədd edirəm. Belə bir məsələnin altını cızıram ki, haqqında danışılan yazının özündə dərc olunan məlumatların mənbəyinin hakimiyyət nümayəndələri olduğu dəfələrlə və xüsusi olaraq vurğulanır. Bu məlumatların hansı dərəcədə doğru olub-olmaması başqa məsələdir. Bu məqam ola-ola bizə yazının hazır şəkildə ötürülməsini və ya sifariş verilməsini iddia etmək sadəcə böhtan atmaq, qaralamaq cəhdidir.
- “Yeni Müsavat” qəzetinin təsisçisi İsa Qəmbər bu gün mətbuata açıqlamasında qəzetə bu yazının hökumət tərəfindən məqsədli olaraq ötürüldüyünü vurğulayıb. Bu açıqlamaya münasibətiniz necədir?
- Nəzəri və texnoloji cəhətdən tamamilə mümkündür ki, bu tipli məlumatları bəzi mənbələr vasitəsi ilə qəzetə hansısa məqsədlə sızdırsınlar. Belə nümunələr dünya və ölkə qəzetləri tarixində dəfələrlə olub. Hərçənd, bunun belə olduğunu bilsəydik də, məlumat yenə dərc ediləcəkdi. Təbii ki, bir qədər fərqli redaktədə. Lakin konkret halda bu belə olmayıb. Məlumata biz özümüz çıxmışıq, hakimiyyət dəhlizlərində gənclərin həbsi ilə bağlı yazdığımız məlumatların dolaşdığını aydınlaşdırmışıq, onları yazıya alıb, dərc etmişik. Hakimiyyət yerli hüquq-müdafiə təşkilatlarını, siyasi müxalifəti , beynəlxalq təşkilatları, diplomatik korpusu məsələni siyasiləşdirməkdə ittiham edir. DİN və Baş Prokurorluğun dünənki qəzəbli bəyanatı da buna bir sübutdur. Hakimiyyət orqanları bu həbs olayı ilə bağlı hər hansı siyasi versiyanı qılıncla qarşılayırsa, ondan qəzəblənirsə, daha bizə hadisəni bu dərəcədə ciddi şəkildə siyasiləşdirən iddiaları niyə ötürür və ya sifariş verir? Və nəhayət, iqtidar necə maraqlı ola bilər ki, ABŞ kimi nəhəng bir dövlətin onu yıxmaq planının olması ictimailəşsin? Belə bir məlumat onunçün qəti şəkildə arzuolunan deyil. Odur ki, bizə qarşı ittihamların məntiqini başa düşmürəm və qəbul etmirəm.
Bir diqqət edin: İlk baxışda səbəbi naməlum əsaslarla iki gənc həbs edilib. İndi də onların xuliqan kimi istintaqını aparıb, məhz qeyri-siyasi əsaslarla onları uzun müddətə həbsdə saxlamaq istəyirlər. “Yeni Müsavat”ın əməkdaşı isə dünənki manşet yazısı ilə sübut edir ki, gənclərin həbsi daha böyük məsələdir, siyasidir, hətta o dərəcədə ki, 2013-cü ildə bütün demokratik proseslərin gənclər hərəkatının üzərində qurula biləcəyi hesablanır... Üstəlik, hakimiyyətdə bu barədə məlumat var ki, ABŞ da gələcək hədəflər üçün Azərbaycanda gənclər hərəkatının olmasında maraqlıdır...
Biz gənclərin həbsinin də bu məsələ ilə bağlı olduğunu, prosesin davam edəcəyini yazırıq və xəbərdarlıq edirik. Biz hakimiyyətin içindən gələn bu məlumatları açmaqla, onu deşifrə etməklə, istintaqın xəttini alt-üst etməyə çalışdıq. Niyyətimiz xoş, məramımız xeyirxahdır. Kim bunun əksini görürsə, düşünürsə, lütfən bunu ifadə edəndə bir az ehtiyatlı olsun.
- Ümumiyyətlə, müxalifət düşərgəsində olan siyasətçilər və qeyri-hökumət təşkilatının üzvləri belə məqamlarda mütəmadi olaraq rəhbərlik etdiyiniz qəzeti tənqid edirlər. Sizcə, bu nədən qaynaqlanır?
- Məncə, biz ona görə daha çox tənqid olunuruq ki, qəzetimiz tirajlıdır, populyardır və ictimai rəyə ciddi təsir göstərir. Belə bir yazı istənilən başqa qəzetdə getsəydi, əminəm ki, kimsə ona fikir belə verməyəcəkdi. Amma fakt budur ki, “Yeni Müsavat”da gedən hər hansı bir yazı ölkədə, bəzi hallarda isə hətta xaricdə hadisəyə çevrilir. Əlbəttə ki, belə bir mövqe bəzi bədxahlarımızı da qıcıqlandırır və fürsət düşən kimi qərəzlərini büruzə verirlər. Amma gerçək dostlarımızdan, əqidəli demokratlardan xahişimiz budur ki, elə təəssürat yaratmasınlar ki, onlar üçün demokratiya, ifadə və söz azadlığı özlərinə toxunanacandır.
“Yeni Müsavat” iqtidarlı-müxalifətli bütün dara düşənlərin dəstəkçisidir. Biz bunu dəfələrlə sübut etmişik və Allah bundan sonra da imkan versə, yenə də edəcəyik.
- İsa Qəmbərin “Yeni Müsavat” qəzetinin təsisçiliyindən imtina edəcəyi ilə bağlı məsələ hələ də gündəmdədirmi?
- Bu tamamilə İsa bəyin iradəsindən asılı məsələdir. Kollektiv və mənim üçün bu məsələ gündəmdə deyil.

794