“ATƏT Azərbaycanda demokratik islahatların genişlənməsinə dəstək verəcək” - MÜSAHIBƏ
ATƏT-in baş katibi Mark Perrin de Brişambonun APA-ya müsahibəsi
- ATƏT bu gün beynəlxalq münasibətlər kontekstində hansı rolu oynayır?
- Öz sıralarında 56 iştirakçı dövləti birləşdirən, dünyada ən böyük regional təhlükəsizlik təşkilatı olan ATƏT təhlükəsizlik və stabilliyin bərqərar olmasında aparıcı rol oynayır. Bu kontekstdə təşkilat Avropanın gələcək təhlükəsizliyinə dair dialoqun genişlənməsində mühüm rola malikdir. ATƏT-ə üzv-ölkələrin razılaşdırdığı kimi bizim vahid, azad və sülh şəraitində yaşayan Avropanın quruculuğu işində nə qədər irəli getdiyimizi öyrənməyin vaxtı gəlib çatıb. Son iyirmi il ərzində, soyuq müharibə bitdikdən sonra biz böyük tərəqqi müşahidə edirik, lakin hələ də həllini tapmayan problemlər qalmaqdadır.
Təhlükəsizlik mövzusunda çoxtərəfli, açıq, sabit dialoqa ehtiyac mövcuddur və ATƏT öz əhatə dairəsinə, təcrübəsinə və hərtərəfli təhlükəsizlik anlayışına görə bu dialoqu möhkəmləndirə biləcək təbii forumdur. ATƏT həmçinin tərkibində Avropaatlantika və Avrasiya bölgəsi dövlətlərinin bərabər əsaslarda təmsil olunduğu yeganə regional təşkilatdır.
- ATƏT sədri Dora Bakoyannis 2009-cu ildə qurumun sammitini keçirməyi planlaşdırmışdı. Bu sammit baş tutacaqmı və əsas müzakirə mövzusu nə olacaq?
- ATƏT-in fəaliyyət olan sədri, Yunanıstanın xarici işlər naziri Dora Bakoyannis iyunun 27-28-də Korfu adasında ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-formal görüşünü keçirib. Bu görüşdə “Korfu prosesi”nə - Avropanın təhlükəsizliyinə dair yeniləşmiş dialoq prosesinə start verilib. “Korfu prosesi” ümumi təhlükəsizlik sahəsində boşluqları dəyərləndirmək və mövcud problemlərin effektiv həll yollarının tapılması üçün bizim regionun bütün dövlətlərinə birləşmək imkanı verir. Bu, mövcud Avropa təhlükəsizlik institutlarını dəyişmək cəhdi deyil, əksinə meydana çıxan problemlərin həllinə dair səyləri birləşdirmək, bu sahədə daha sıx əməkdaşlıq etməyə imkan yaratmaqdır.
- ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hansı addımları ata bilər? Necə düşünürsünüz ki, bu il münaqişənin həlli mümkündürmü? ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinə dair üç həmsədr ölkənin prezidentlərinin iştirakı ilə sammitin keçirilməsinin mümkünlüyünü qeyd ediblər. Bu ideyaya münasibətiniz necədir?
- ATƏT bu məsələdə Minsk Qrupu həmsədrlərinin gördüyü işi tam dəstəkləyir. Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri arasında keçirilən görüşlər irəliləyiş yolunda son dərəcə mühüm əhəmiyyət daşıyır və ATƏT bu dialoq prosesini tam dəstəkləyir. Prezidentlərin iyulun 17-də Moskvada nəzərdə tutulan görüşü danışıqlar prosesində növbəti addım olacaq. ATƏT sədrinin iyulun əvvəlində Bakıda dediyi kimi danışıqlar prosesində son nailiyyətlər və konstruktiv diskussiyalar ümidləri artırır. ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçilik səylərinin daha da intensivləşməsi, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin etimad mühitinin yaradılması istiqamətində gördüyü iş çox mühümdür. ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin – ABŞ, Rusiya və Fransa prezidentlərinin “Böyük səkkizlik” sammitində verdiyi bəyanat münaqişənin dinc yolla nizamlanmasında beynəlxalq ictimaiyyətin mühüm rolunun göstəricisi olmaqla yanaşı, bizim gələcəkdə tərəqqi əldə olunacağına inamımızın göstəricisidir. Bəyanatda bildirilir ki, ATƏT-in Mİnsk Qrupuna həmsədrlik edən ölkələrin prezidentləri vasitəçilərə 2007-ci ildə hazırlanmış Madrid sənədinin korrektə olunmuş versiyasını təqdim etməyi tapşırıblar. Ümidvaram ki, bu addım bizi nizamlanmanın son mərhələsinə daha da yaxınlaşdıracaq.
- Azərbaycanda demokratik institutların inkişafını və ölkədə kütləvi informasiya vasitələrinin durumunu necə dəyərləndirirsiniz?
- Fəal siyasi rəqabət, güclü vətəndaş cəmiyyəti və azad mətbuat demokratik prosesdə son dərəcə mühümdür və əsas öhdəliklər hesab olunur. QHT-lərlə bağlı qanuna edilmiş dəyişikliklərin vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdırmadığına qarantiya verən son parlament qərarı bu baxımdan müsbət sayıla bilər. Mən həmçinin Azərbaycanın ATƏT-in Media Azadlığına dair Nümayəndəsi ilə dialoqunu alqışlayıram və inanıram ki, KİV üçün hüquqi mühitin yaxşılaşdırılması istiqamətində əməkdaşlığı davam etdirə bilərik.
ATƏT üzv ölkələrin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini dəstəkləyir və bizim təşkilat, əsasən də ATƏT-in Bakı Ofisi Azərbaycanda demokratik islahatların genişlənməsinə dəstəyi davam etdirməyə hazırdır. Ofis Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən cəmiyyət dəstəkli polis layihəsi və məhkəmə proseslərinin müşahidəsi sahəsində əla əməkdaşlıq edir. ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi, həmçinin ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İdarəsi Azərbaycana söz və media azadlığının təmin olunması, son prezident seçkilərində əldə olunan tərəqqinin dekabrda keçiriləcək bələdiyyə seçkilərində və gələn il keçiriləcək parlament seçkilərində daha da inkişafı sahəsində kömək göstərməkdə hazırdır.
Azərbaycan son illər ərzində güclü iqtisadi inkişafa nail olub və beynəlxalq maliyyə böhranının neqativ təsirinə baxmayaraq bu pozitiv tendensiyanı bu il də qoruyub saxlayır. Bütün bunlar islahatları daha da dərinləşdirməyə imkan yaradır. Mən qeyri-neft sektorunun inkişafının gücləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi, balanslaşdırılmış regional və sosial-iqtisadi inkişafa nail olunması, ölkə əhalisinin rifahının daha da yaxşılaşdırılması məqsədilə qəbul olunmuş regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını dəstəkləyirəm.
- Bildiyimiz kimi, iyulun 15-də Azərbaycana səfər edəcəksiniz. Səfərinizin əsas məqsədi nədir? Səfər zamanı keçirəcəyiniz görüşlərdə hansı mövzuların müzakirəsi planlaşdırılır?
- Azərbaycan hökumətinin dəvəti ilə ölkənizə səfər etmək mənim üçün çox xoşdur. Bu səfər çərçivəsində Azərbaycan prezidenti, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri, parlament üzvləri, ATƏT-ə üzv və tərəfdaş ölkələrin Azərbaycandakı səfirləri, ATƏT-in Bakı Ofisinin rəhbərliyi və əməkdaşları ilə görüşəcəyəm. Ölkədə gedən inkişaf prosesləri barədə daha çox məlumat əldə etməyə və ATƏT-in Azərbaycanla əməkdaşlığı genişləndirmək formalarını müzakirə etməyə çalışacağam.

1011