Çin Türkiyəyə xüsusi nümayəndə göndərdi
Aiguo Song Sincan-Uyğur muxtar rayonundakı olaylarda məsuliyyət daşıyanların ədalətli mühakimə olunacağına söz verib
Bu gün Çin Xarici İşlər Nazirliyinin Sincan-Uyğur muxtar rayonundakı olaylarla əlaqədar Ankaraya göndərdiyi özəl təmsilçisi, Çinin Türkiyədəki sabiq səfiri Aiguo Song Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan və xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb.
Lent-az.-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Köksal Toptanla görüşdə A.Sonq Türkiyə və Çinin dost ölkələr olduğunu və bundan hər iki xalqın fayda gördüyünü söyləyib. O, Pekinin Ankara ilə münasibətləri daha da inkişaf etdirmək istədiyini, ancaq bunun üçün ortaq səy göstərilməsi gərəkdiyini bildirib.
Çinin özəl təmsilçisi Köksal Toptana iyulun 5-dən Sincan-Uyğur muxtar rayonunda başlayan olaylarla bağlı məlumat verib. A.Sonq qeyd edib ki, olaylarda uyğurlardan ölənlər olub, ancaq həyatlarını itirənlərin çoxu xanlardır (çinlilər). Ölənlərə rəhmət dilədiklərini, uyğurların da Çin vətəndaşı olduqlarını söyləyən A.Sonq asayişin təmin olunması istiqamətində hökumətin müvafiq tədbirlər gördüyünü deyib. O, iyulun 10-a qədər olaylarda 184 nəfərin öldüyünü, mindən çox yaralı olduğunu nəzərə çatdırıb və günahkarların ədalətli mühakimə olunacağına söz verib.
A.Song sonra xarici işlər naziri Ə.Davudoğlu ilə də görüşüb. Bu görüşdə Ə.Davudoğlu türk qəzetçilərinin Çinə dəvət olunmasından məmnun qaldıqlarını bildirib. A.Sonq isə Çinin Türkiyəyə xüsusi önəm verdiyini dilə gətirib.
Qeyd edək ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Çini Sincan-Uyğur muxtar rayonunda uyğurlara qarşı faktiki soyqırımı törətməkdə günahlandırmışdı.

826