“Nabucco” layihəsi ilə bağlı hökumətlərarası saziş imzalandı
Türkiyə paytaxtında “Nabucco” layihəsi ilə bağlı hökumətlərarası sazişin imzalanmasına həsr olunmuş zirvə toplantısı başlayıb.
APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, toplantı layihə haqqında sənədli filmin nümayişi ilə başlayıb. Tədbirin ev sahibi və moderatoru qismində çıxış edən Türkiyənin baş naziri Racəb Tayyib Ərdoğan layihənin Azərbaycan, Türkmənistan, İraq, Misir də daxil olmaqla, Xəzər və Orta Şərqdən Avropaya təbii qazın etibarlı nəqlini təmin edəcəyini deyib. O, İran qazının da bu kəmərlə daşınmasını arzu etdiklərini və Rusiyanın da layihəyə qoşulacağına ümidvar olduğunu bildirib: “Bu layihə bölgənin bütün ölkələri arasında əməkdaşlığı daha da gücləndirəcək və dərinləşdirəcək. Bəzi dairələr bir vaxt Bakı-Ceyhan kəməri layihəsinin də röya olduğunu iddia edirdilər. Bu layihə də belə fikirlərin doğru olmadığını sübut edəcək və uğurla həyata keçiriləcək”.
Avstriyanın baş naziri Verner Fayman tədbirin Avropa və region ölkələri üçün önəmindən danışaraq layihənin uğurla həyata keçiriləcəyinə əminliyini ifadə edib. O, layihənin qarşıdurmaya yox, əməkdaşlığa yönəlmiş təşəbbüs olduğunu vurğulayıb. V. Fayman bəzilərinin gözlədiyi kimi, bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi və rolunun artırılmasının yaxın perspektivdə Avropanın enerji balansında təbii qaza ehtiyacı azaldacağına şübhə etdiyini deyib. Baş nazir təbii qaz və bərpa olunan enerjinin birgə inkişafının vacibliyini vurğulayıb.
Bolqarıstanın baş naziri Sergey Stanişev ölkəsinin “Nabucco” boru kəməri layihəsinin həyata keçirilməsi istiqamətində əvvəldən bəri göstərdiyi səylərə sadiq olduğunu söyləyib.
Macarıstan baş naziri Cordon Bajnay layihənin ölkəsi və Avropa üçün əhəmiyyətindən danışıb. O, hazırda Avropa ölkələrinin dünyada yaşanan maliyyə böhranının ortasında olduğunu və bunun layihələrin həyat keçirilməsinə müəyyən maneə yaratdığını qeyd edib.
Rumıniyanın baş naziri Emil Bok isə layihənin heç kimə qarşı yönəlmədiyini və Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atılan addım olduğunu bildirib.
ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndə Riçard Morninqstar və Senatın Xarici Əlaqələr Komitəsində respublikaçılar qrupunun rəhbəri Riçard Luqar isə ümid etdiklərini bildiriblər ki, gələcəkdə İraqla yanaşı, Azərbaycan və Türkmənistan da kəmərə qaz verəcəklər.
Çıxışlardan sonra sazişin imzalanması mərasimi başlayıb.

655