İran diplomatından gözlənilməz addım
10 iyul 2009 19:00 (UTC +04:00)

İran diplomatından gözlənilməz addım

İranın Azərbaycandakı səfirinin birinci müavini Artur Linkin çıxışına etiraz olaraq zalı tərk etdi


Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Barak Obamanın İran siyasəti” mövzusunda tədbir keçirilir.

APA-nın xəbərinə görə, tədbirdə politoloqlar, diplomatlar iştirak edirlər. Tədbirin məruzəçisi ABŞ-dan olan ekspert Cerald Qrindir.

İsrailin Azərbaycandakı səfiri Artur Link tədbirdə İranın nüvə proqramı barədə çıxış edib. Səfir çıxışında İranın nüvə proqramını ləğv etməli olduğunu vurğulayıb. A. Lenk deyib ki, İranın bu proqramı həm İsrail, həm də başqa ölkələr üçün problemlər yaradır: “İran xüsusi bir regionda yerləşir, bu həm də region üçün təhlükədir”.

A. Lenk bu fikirləri səsləndirən zaman isə tədbirdə iştirak edən İranın Azərbaycandakı səfirinin birinci müavini Əli Ağacani etiraz əlaməti olaraq zalı tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579

Oxşar yazılar