Dünya liderləri Dağlıq Qarabağa dair bəyanat verdilər
ABŞ, Rusiya və Fransa prezidentləri Azərbaycan və Ermənistanı baza prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırıblar
ABŞ, Rusiya və Fransa prezidentləri “Böyük səkkizlər”in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi ilə bağlı birgə bəyanatla çıxış ediblər.
APA-nın xəbərinə görə, Barak Obama, Dmitri Medvedev və Nikola Sarkozi həmsədrlərə
Azərbaycan və Ermənistan prezidentlərinə baza prinsiplərinə dair son təkliflərin əks olunduğu, 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırıb: “Biz Azərbaycan və Ermənistan prezidentlərini qalan fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırırıq”.
B.Obama, D.Medvedev və N.Sarkozi əsas prinsiplərin razılaşdırılmasında Azərbaycan və Ermənistan prezidentlərinə dəstək verəcəklərini təsdiqləyiblər.

951