“Danışıqlar yeni və daha ciddi mərhələdədir”
10 iyul 2009 15:30 (UTC +04:00)

“Danışıqlar yeni və daha ciddi mərhələdədir”

ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza, Yuri Merzlyakov və Bernar Fasie Azərbaycana səfərlərinin yekunlarına dair mətbuat konfransı keçiriblər.


APA-nın xəbərinə görə, həmsədrlər görüşlərinin çox konstruktiv keçdiyini və prezidentlərin qarşıdakı görüşünün tərəqqiyə səbəb olacağına ümid bəslədiklərini deyiblər. Eyni zamanda onu da əlavə ediblər ki, Moskvada hər hansı sənədin imzalanması nəzərdə tutulmur.


M.Brayza danışıqlar prosesinin “yeni və daha ciddi” mərhələdə olduğunu, bu mərhələnin onlara ümid verdiyini söyləyib. Dağlıq Qarabağın danışıqlar prosesinə qoşulmasının mümkünlüyü barədə jurnalistlərin sualını cavablandıran Yuri Merzlyakov bildirib ki, gələcəkdə sülh müqaviləsi tərtib olunarkən DQ nümayəndələri bilavasitə Dağlıq Qarabağla bağlı məqamların razılaşdırılmasında iştirak edə bilər. Ancaq həmsədrlər bunun uzunmüddətli perspektivdə mümkün olduğunu və bu haqda danışmağın hələ tez olduğunu vurğulayıb.


Mətbuat konfransında snayperlərin qoşunların təmas xəttindən çıxarılması məsələsinə də toxunulub. Həmsədrlər erməni tərəfinin buna hazır olduğunu, lakin bu məsələni Azərbaycan prezidenti ilə müzakirə etmədiklərini deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110

Oxşar yazılar