XİN-in ilk binasına vurulan xatirə lövhəsində hərf səhvi
10 iyul 2009 14:30 (UTC +04:00)

XİN-in ilk binasına vurulan xatirə lövhəsində hərf səhvi

“Cümhuriyyət” sözü “cümhuryyət” kimi yazılıb

Diplomatik xidmətin 90 illiyinə həsr olunmuş silsilə tədbirlərə görə vətənə toplaşmış Azərbaycan səfirləri iyulun 9-da Bakıda Xarici İşlər Nazirliyinin ilk inzibati binasına vurulmuş xatirə lövhəsinin açılışında iştirak ediblər.

Mərasimə xarici işlər naziri Elmar Məmmədyarov da qatılıb.
Lent.az “Media forum” saytına istinadən xəbər verir ki, hazırda Dövlət Neft Şirkətinin yerləşdiyi binaya vurulan lövhədə hərf səhvi gedib. Binada Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin yerləşdiyini bildirən lövhədə “cümhuriyyət” sözü “cümhuryyət” kimi verilib. Yəni sözdəki “i hərfi düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1038

Oxşar yazılar