Əli Əhmədov AKP-nin Gənclər Birliyinin nümayəndə heyətini qəbul etdi
09 iyul 2009 19:30 (UTC +04:00)

Əli Əhmədov AKP-nin Gənclər Birliyinin nümayəndə heyətini qəbul etdi

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-İcra katibi Əli Əhmədov Türkiyənin Ədalət və İnkişaf Partiyası Gənclər Birliyinin nümayəndə heyəti ilə partiyanın mənzil qərargahında görüşüb.

Bu barədə Lent.az-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.


Görüşdə Əli Əhmədov Azərbaycanla Türkiyənin münasibətlərinin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını bildirib. “Bir millətin iki dövlətinin əlaqələri daim yüksələn xətlə inkişaf edir. Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında sıx əməkdaşlığın mövcuddur. Hər iki partiyanın gənclər birliklərinin də yaxşı münasibətləri var” – deyə, YAP-ın İcraçı katibi vurğulayıb.

Ədalət və İnkişaf Partiyasının Gənclər Birliyinin nümayəndə heyətinin rəhbəri İsmayıl Karaosmanoğlu hər iki partiyanın rəhbərliyinin gənclər arasında münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib. O, münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 663

Oxşar yazılar