ABŞ səfiri Azərbaycanı tərk edir
02 iyul 2009 13:30 (UTC +04:00)

ABŞ səfiri Azərbaycanı tərk edir

Ann Dersi sabah Bakıdan gedəcək

ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersi səlahiyyət müddətinin bitməsi ilə əlaqədar sabah Bakını tərk edir. Bu barədə APA-ya səfir özü məlumat verib.

Bir müddət ABŞ-da olacağını deyən xanım diplomat az sonra yeni təyinatı - ABŞ-ın Litvada fövqəladə və səlahiyyətli səfiri vəzifəsini yerinə yetirməyə başlayacağını bildirib.

A. Dersi onu da əlavə edib ki, ABŞ-ın Azərbaycanda çalışacaq yeni səfirinin adını prezident Barak Obama hələ açıqlamayıb.

Qeyd edək ki, A. Dersi Azərbaycanda 2006-cı ilin mayından çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar