Hidayət Orucov Hindistanın ölkəmizdəki səfirini qəbul edib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Debnat Şounu qəbul edib.
Komitədən Lent.az-a verilən məlumata görə, H.Orucuv bildirib ki, dövlət ölkədə dini etiqad azadlığının təmin olunmasına və dini sabitlik üçün hərtərəfli qayğı göstərir. Azərbaycan dövləti təriqətlərüstü siyasət yürüdür və ölkəmizdə heç bir dinə münasibətdə müstəsna hallara, ayrı- seçkiliyə yol verlimir. Azərbaycan dövləti üçün bütün dinlər eynidir. Hər bir ölkə vətəndaşının dini etiqad azadlığı təmin olunur və bu dövlət siyasətidir. Buna görə də Azərbaycanda ənənəvi mövcud olmuş tolerantlıq mühiti bizim günümüzdə daha da möhkəmlənir. Bu da təsadüfi deyil ki, dünyada Azərbaycanı tolerant ölkə adlandırırlar. Bütün bunlar dövlətin düzgün siyasətinin nəticəsidir.
Səfir Debnat Şou iki dövlət arasında çoxtərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edərək, Hindistan hökumətinin də ölkələrimiz arasında münasibətlərə yüksək qiymət verdiyini vurğulayıb. Hindistan dünyada müsəlmanların sayına görə ikinci böyük ölkədir. Burada müxtəlif dinlərə sitayiş edən çoxlu sayda insanlar var və dini etiqad sərbəstdir. Dövlət dini anlayışı yoxdur və bütün dinlərin yayılması və fəaliyyəti üçün eyni şərait yaradılıb.
Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan üçün bu gün ən böyük problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub və bir milyona yaxın qaçqın öz yurdlarından didərgin düşüb. Dövlət Komitəsinin sədri ümidvar olduğunu bildirib ki, səfirin ölkəmizdə fəaliyyəti müddətində Azərbaycan həqiqətləri olduğu kimi Hindistan ictimaiyyətinə çatdırılacaq.

Oxşar yazılar

“İmam Hüseyn üçün ağlayıb-sızlamaq olduqca anormal haldır” - Rafiq Əliyev
15 avqust 2022 , 16:30
İlham Əliyevdən Qarabağ ermənilərinə MESAJ: "Nə status olacaq, nə də hansısa xüsusi imtiyaz"
12 avqust 2022 , 19:00
Prezident “Qisas” əməliyyatından DANIŞDI
12 avqust 2022 , 17:15
Sosial şəbəkələrdə paylaşım edən daha iki hərbçi ordudan çıxarıldı
12 avqust 2022 , 09:15
Uşaqlıqdan “Hoca” olan, küçədə alver edən, futboldan siyasətə gələn adam - ONU TANI
10 avqust 2022 , 20:15
Azərbaycan və Türkiyə prezidentləri Konyada görüşdü
10 avqust 2022 , 00:48
Birinci vitse-prezident İslamiadanın açılışından video paylaşdı - VİDEO
10 avqust 2022 , 00:16