Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Qumsal çöllər, basçmaçı üsyanı, erməni gülləsi, müəmmalı partlayış...
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa və onun qardaşı, Osmanlı dövlətinin hərbiyyə naziri Ənvər Paşa, çoxlarının general kimi qibtə etmələrinə baxmayaraq, keşməkeşli bir ömür yolu keçib. Həyatları boyu Turançılıq idealı ilə yaşayan və türk xalqlarını vahid dövlətdə birləşdirməyə çalışan bu qardaşların sonrakı aqibəti heç də ürəkaçan olmayıb. Osmanlı xanədanının kürəkəni olan qardaşlardan biri həyatının sonunu Mərkəzi Asiyanın qumsal çöllərində qaçaq olaraq keçirib. Digər paşa qardaş isə biznesə qatılsa da, bəxti gətirməyib.
Osmanlı padşahının kürəkəni
Paşa qardaşlar İstanbulda Osmanlı dövlət məmurunun ailəsində doğulmuşdular. Ata və babaları elmə, savada önəm verən, eləcə də uzun illər Osmanlı ordusunda xidmət keçmiş şəxslər idi. 1880-cı ildə dünyaya göz açmış ailənin böyük övladı İsmayıl Ənvər uşaqlıqdan fitri istedadı ilə fərqlənib. Üç yaşında ibtidai məktəbə, buradan da fərqlənən şagirdlər üçün təsis olunmuş Afatih Məktəbi-İbtidaisinə qəbul edilib. Ənvər ibtidai məktəbi bitirəndən sonra Osmanlı Məktəbi Harbiyyeyi-Şahaneyə daxil olur. Hərbi məktəbi bitirdikdən sonra, 1903-cü ildə Manastrdakı 13-cü səyyar topçu alayına zabit təyin edilən gənc Ənvər bolqar silahlı dəstələrinin zərərsizləşdirilməsi əməliyyatlarına qatılır. 1905-ci ildə bolqar, yunan və alban silahlı dəstlərinin zərərsizləşdirilməsində göstərdiyi şücaətlərə görə dördüncü və üçüncü Məcidi, dördüncü Osmani nişanları, həmçinin Altın Ləyaqət Medalı ilə təltif olunur. 1906-cı ildə minbaşı rütbəsinə yüksələrək, o zaman Selanikdə qurulan Osmanlı Hürriyyət Cəmiyyətinə üzv qəbul edilir. Tərəqqi və İttihad cəmiyyəti tərəfindən başlanan tədbirlərə qatılaraq Gənc Türklərin hakimiyyət dəyişikliyində mühüm rol oynayır. Bundan sonra “Hürriyyət qəhrəmanı” kimi tanınan Ənvər 1909-cu ilin mart ayında Berlində Osmanlı dövlətinin hərbi attaşesi təyin edilir.
Şevkət Sürəyya Aydəmirin araşdırmalarına görə, Ənvər 1911-ci ildə italyanların Liviyaya hücumu zamanı qardaşı Nuru Killigil (Nuru Paşa) da daxil olmaqla bir qrup zabitlə Şimali Afrikaya gedir. Misirdə ərəb liderlərini də cəlb etməklə Benqazidə italyanlara qarşı hərbi əməliyyatlar apararaq, uğurlar qazanır. 1913-cü ildə yarbay (polkovnik-leytenant), həmin ilin sonlarında albay (polkovnik), 1914-cü ilin yanvar ayında isə paşa (general) rütbəsinə təltif olunur. Hökumətdə hərbiyyə naziri təyin olunan Ənvər Paşa az sonra Baş Qərargah, daha sonra Baş Komandan vəkilliyinə yüksəlir. Orduya komandanlıq etdiyi dövrdə Ənvər Paşa bir sıra islahatlar həyata keçirərək, yaşlı zabitləri gənclərlə əvəzləyir. Gəncləşən Osmanlı ordusu Balkan müharibəsindən yeni çıxmasına baxmayaraq, 4 il 10 cəbhədə eyni güclə döyüşməyə nail olur.
Ətrafına Camal Paşa və Tələt Paşa kimi vətənsevər insanları toplayan Ənvər Paşanın əsas məqsədi 1878-ci ildə Berlin sazişi ilə itirilmiş torpaqları geri almaq idi. Bu ideyanı reallaşdırmaq üçün Osmanlı dövlətini Birinci Cahan Savaşına cəlb edən Ənvər Paşanın savaşın ilk illərində hazırladığı Sarıqamış əməliyyatı uğursuzluqla nəticələnir.
Bolşeviklərin Ənvər Paşa “sevgisi”
Birinci Dünya Müharibəsindən sonra, 1918-ci ilin dekabr ayında Ənvər Paşa ailəsi ilə birlikdə Türkiyəni tərk edir. Türkiyədən ayrılmazdan öncə, sədrəzəm Əhməd İzzət Paşaya ünvanladığı məktubda Azərbaycanda müstəqil bir türk hökuməti qurmağa çalışdığını yazan Ənvər Paşa əvvəlcə Krıma, oradan isə Berlinə gedir. Əmisi Xəlil Paşa və qardaşı Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz ordusuna qoşulmaq istəyən Ənvər “təsadüf” nəticəsində Berlində həbsdə saxlanılan boşevik lideri Karl Radeklə görüşür. Az sonra həbsdən azad edilmiş Radek “tanışı” Ənvər Paşanı Moskvaya dəvət edərək, onu sovet partiya rəsmiləri ilə tanış edir. Moskvada Çiçerin, Zinonyev və Leninlə görüşlər müsbət keçir və Ənvər Paşa Sovet-Alman münasibətlərinin nizamlanması üzrə məsul vəzifəyə təyin olunur. Araşdırmaçıların fikrincə, sovetlərin Ənvər Paşaya etimadı bir neçə məqsəd güdürdü. Birincisi, Almaniyanın rəsmi dairələri ilə onun yaxınlığından istifadə etmək, müharibədən məğlub çıxmış Almaniya ilə digər kapitalist ölkələrinə qarşı müttəfiqləşmək istəyi idi. Digər tərəfdən, Lenin Ənvər Paşanın türk xalqları arasında və Yaxın Şərqdəki nüfuzundan istifadə edərək, bu regionları təsir altına almaq niyyəti güdürdü. Misal üçün, 1-8 sentyabr 1920-ci ildə Bakıda gerçəkləşən Şərq Xalqları Konqresində Ənvər Paşa Liviya, Tunis, Əlcəzair və Mərakeşin təmsilçisi kimi qatılıb. Bəzi məlumatlara görə, sonrakı mərhələlərdə sovet rəhbərliyi Ənvər Paşadan Mustafa Kamal hərakatına qarşı istifadə etməyi planlaşdırıb. Hətta bu məqsədlə “İttihad və tərəqqi”çilərə sovetlər tərəfindən silah yardımı göstərilməsi, lazım gələrsə Batumdan köməyə hərbi qüvvələrin göndərilməsi barədə müəyyən müzakirələr olub.
Reallıqda isə bolşeviklərlə sıx təmaslarından yararlanan Ənvər Paşa sovet rəhbərliyindən Anadolu hərəkatına silah yardımının təmin olunmasına razılıq ala bilir. Lenin və Çiçerinin əsl niyyətindən xəbərdar olandan sonra, 1921-ci ilin sentyabr ayında Təşkilatı Mahsusanın keçmiş lideri Quşçubaşı Hacı Sami və digər ittihadçılarla birgə Buxaraya yollanaraq, bolşeviklərə qarşı basmaçı üsyanını başladır. Amma Qızıl Ordu bu üsyanı amansızlıqla yatırır.
“Bakı xilaskarı” Nuru Killigil Paşa
Nuru Killigil Ənvər Paşanın bir yaş kiçik qardaşıdır və 1881-ci ildə doğulub. Qardaşı Ənvərdən fərqli olaraq, Nuru Killigilin uşaqlıq və gənclik həyatı ilə bağlı məlumatlar olduqca azdır. Dövrün araşdırmaçıları Nuru Killigilin Liviya, Balkanlar, İraq və Qafqazda gedən döyüşlərdə peşəkar zabit kimi iştirak etdiyini və “əsl döyüşçü” olduğunu yazırlar. Sərrast nişançı olan N.Killigil 1911-ci ildə o zaman mayor rütbəsində olan qardaşı Ənvərlə birlikdə iştirak etdiyi Benqazi döyüşündə şəxsən 100 italyan əsgərini məhv edir. Mudros müqaviləsindən sonra ingilis-fransız qüvvələri Nuru Paşanı axtarışda olan 7 yüksək rütbəli osmanlı zabitinin siyahısına salaraq, hətta onu “milliyətçi-residivist” adlandırırlar.
Ənvər və Nuru paşaların hərbçi kimi yetişməsində əmiləri Xəlil Kut Paşanın da mühüm rolu olub. Azərbaycanın müstəqilliyində mühüm rol oynamış Osmanlı zabitlərindən olan Xəlil Paşa Bakının bolşevik-daşnak qüvvələrindən azad edilməsində əvəzsiz rol oynayıb. Həmçinin Birinci Dünya Müharibəsində İraqdakı Kutul-Amare bölgəsində başda general Tounşend olmaqla 13 min ingilis əsgərini əsir götürməsi ilə tarixə adını yazıb.
Osmanlı hərbiyyə naziri Ənvər Paşanın əmri ilə 1918-ci ilin iyun ayında Qafqaz İslam Ordusu Nuru Killigil və Xəlil Paşanın komandanlığı altında Azərbaycana göndərilir. O zaman yarbay rütbəsində orduda xidmət edən Nuru Killigil Qafqaz İslam Ordusuna paşa (general) rütbəsi ilə komandan təyin olunur. Bir müddət Gəncədə Azərbaycan ordusunun təşkilatlanması ilə məşğul olan Nuru Paşa Göyçay ətrafında bolşevik-daşnak qüvvələrini məğlubiyyətə uğradır. Qələbəsini əks-hücumla davam etdirən Qafqaz İslam Ordusunun irəliləyişinin qarşısını almaq üçün ingilislər Bakıya qüvvə göndərir. Azərbaycan daxilindən, yerli əhalidən böyük dəstək alan Qafqaz İslam Ordusu ingilis qüvvələrini də Bakı ətrafında məğlub edir. General Səməd bəy Mehmandarovla birlikdə indiki “Sahil” bağının yerində Bakının azad edilməsi ilə bağlı ilk hərbi paradı təşkil edir.
Mudros müqaviləsinə uyğun olaraq osmanlı əsgərlərinin Azərbaycanı tərk etməsinə baxmayaraq, Nuru Paşa 1920-ci ilədək Azərbaycanda qalır və Qızıl Orduya qarşı Qarabağ üsyanını təşkil edir.
Azərbaycan Demokratik Respublikası süquta uğrayandan sonra Almaniyaya köçən N. Killigil 1938-ci ildə yenidən Türkiyəyə dönür. Zeytunburnunda kömür satan bir şirkəti satın alaraq oranı fabrikə çevirir. İş adamı kimi fəaliyyətini quran N.Killigil Türkiyə ordusu üçün tapança, qaz maskaları və güllə istehsal etməyə başlayır. Hazırda bir nümunəsi bu gün də Baş Qərargahın silah muzeyində saxlanılan və “Nuri Killigil” adlanan 9 mm çaplı yarım avtomatik tapança dövrünün ən gözəl dizaynına malik olub. N. Killigilin layihələndirdiyi 8+1 güllə tutumlu, başlanğıc sürəti 240 m/saniyə, uzunluğu 17 sm olan bu tapançanın təsir məsafəsi 50 m təşkil edibb. N.Killigil bu tapança modelinin istehsalına 1945-ci ildə İstanbulun Kağıthane massivindəki fabrikdə başlasa da müəssisə 1946-cı ildə təxribat nəticəsində yandırılır. Həmin il Türkiyənin hərbi sənayeyə artan tələbatını ödəmək məqsədi ilə N.Killigil fabrikini genişlədərək Sütlücəyə köçürür. Burada yeni dəzgahlar quraraq minaatan və minaatan mərmilərinin istehsalına da başlayır. Ancaq bir müddət sonra silah istehsalını dayandıracağını bəyan etsə də, istehsalı gizlicə davam etdirir.
Nuru Paşanın reallaşmayan Turan ideyası
1941-ci ildə Almaniyanın Türkiyədəki səfiri Franz fon Papen ilə görüşdən sonra N.Killigil gizli şəkildə Türkiyədə Turançılar hərakatına gizli dəstək verməyə başlayır. Onun Turançılıq barədə fikirləri Almaniya Xarici İşlər Nazirliyinin Türkiyə işlərindən məsul məsləhətçisi Ernst Voermann tərəfindən hazırlanan hesabata salınır. Bundan sonra Berlinə çağrılan N.Killigil Məmməd Əmin Rəsulzadə, Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski ilə birlikdə Almaniyada Turançılıq Masasının və SS-in Türküstan alayının qurulmasına rəhbərlik edir.
Nuru Paşa azərbaycanlıların və türkmənlərin, habelə Tatarıstana qədər uzanan bölgədəki türk xalqlarının Türkiyəyə inteqrasiyasını vacib sayırdı. Onun fikrincə, Türkiyə Almaniya ilə birlikdə Sovetlər Birliyinə qarşı döyüşməli, almanlar da türk əslli Sovet əsirlərindən ordu quraraq, onları Türkiyənin komandanlığı altına verməli idi.
N.Killigilin II Dünya Savaşında Almaniya ilə sıx əlaqələrinin mövcudluğuna dair sənədlər Uğur Şamçının “40-ların Cadugər Qazanı” adlı kitabında da əks olunub. U.Şamçı yazır ki, müharibə illərində Nuru Paşanın irqçilik-turançılıq xülyaları ilə Almanların SSRİ-ni işğal etmə planları üst-üstə düşüb. Almanlar şərqə genişlənmə siyasətində N.Killigilin bəzi tövsiyələrindən yararlanıblar. SSRİ-də yaşayan türk xalqlarının nümayəndələrindən ibarət legionların yaradılması təklifi də N.Killigil tərəfindən irəli sürülüb.
Reha Oğuz Türkan isə N.Killigil ilə almanlar arasında son məqamda fikir ayrılığı yarandığını yazır: “SSRİ-nin dərinliklərinə irəliləyən almanlar Qızıl Ordudan milyonlarla əsir götürmüşdülər. Bunların arasında on minlərlə azərbaycanlı, özbək, qazax, qırğız, tatar, türkmən və digər türk xalqlarının nümayəndələri var idi. N.Paşa Almaniyanın müdafiə naziri Alferd Rozenberqlə görüşdə türkdilli xalqların nümayəndələrindən alaylar təşkil edərək ruslara qarşı döyüşlərdə istifadə etmək təklifini irəli sürmüşdü. Hitler tərəfindən bəyənilən bu təklifə əsasən SSRİ türklərindən ibarət olan bu qoşunlara komandan olaraq Nuru Paşa düşünülürdü. Paşa almanlardan SSRİ-dəki türk yurdlarının Almaniya müstəmləkəsi olmayacağına, müstəqilliklərinə hörmət göstəriləcəyinə dair zəmanət verilməsini və bunun dünyaya elan edilməsini istəsə də Hitler sovetlərdən azad ediləcək türk xalqlarına müstəqillik təminatı vermir. Rozenberq və daha sonra görüşdüyü Ribbentrop “indi yeri deyil, hələ işə girişin, sovetlər məğlub olsun, o zaman düşünürərik” dedikdə Nuru Paşa danışıqları dayandırıb, Türkiyəyə qayıdır”.
Paşaların müəmmalı taleyi
Mərkəzi Asiyada bolşeviklərə qarşı basmaçı üsyanını təşkil edən Ənvər Paşaya qarşı döyüşlərdə Qızıl Ordu ermənilərdən ibarət hərbi birliklərdən istifadə edir. Bir müddət Qızıl Orduya tutarlı müqavimət göstərən Ənvər Paşa 30 süvari döyüşçüsü ilə 1922-ci il avqustun 4-də, Qurban Bayramı ərəfəsində Tacikistanın Belçivan yaşayış məntəqəsi yaxınlığında Akop Melkovyan adlı erməni komandirinin başçılıq etdiyi bolşevik qüvvələrinin mühasirəsinə düşür. Yoldaşları onun aradan çıxması üçün şərait yaratsalar da Ənvər Paşa “bir yerdə döyüşdük, bir yerdə öləcəyik”, - deyərək Osmanlı ordusunun generalı uniformasında əsgərlərini döyüşə aparır. Həmin döyüşdə şəhid olan Ənvər Paşanın sənədləri və üstündəki silahlar Daşkəndə, sonradan isə Ermitaja göndərilir. Nəşi isə yerli sakinlər tərəfindən Çeğen kəndinə, 7 dəfə müxtəlif yerlərə köçürülməklə dəfn olunur və yalnız 1996-cı ildə Türkiyəyə gətirilir.
Nuru Paşa isə silah fabrikində dünyasını dəyişir. 1949-cu il martın 2-si saat 16.30-da fabrikdə baş verən böyük bir partlayış nəticəsində Nuru Killigil başda olmaqla 27 nəfər həlak olur. Partlayış o qədər güclü olur ki, Nuru Paşanın və digər ölənlərin cəsədini belə tapmaq mümkün olmur. Hadisə yerində olan Xəlil Kut Paşa isə möcüzə nəticəsində sağ qalır. Mətbuat partlayışın təxribat olduğunu yazsa da, hökumət məsələyə heç bir aydınlıq gətirmir. Bəzi məlumatlara görə, partlayış masonlar tərəfindən, N.Killigilin İsraillə müharibə şəraitində olan Misirdən silah sifarişi aldığı üçün törədilib.
Paşaların kiçik qardaşı Ərtoğrul bəy 1931-ci ildə, 24 yaşında İstanbulda vərəmdən dünyasını dəyişir.
1914-cü ildə Osmanlı sultanı Əbdülməcidin nəvəsi Naciyə Sultanla evlənən Ənvər Paşanın Türkan Mayatepek, Mahpeyker Ürgüp adlı qızları və Əli Ənvər Akoğlu adlı bir oğlu olub. Ənvər Paşa 1921-ci ildə Berlində anadan olan oğlu Əli Ənvəri görə bilməyib. Əli Ənvər 1939-cu ildə xüsusi icazə ilə Türkiyəyə gələrək, hərbi məktəbə daxil olur. Hava pilotu ixtisası üzrə təhsil alan Əli Ənvər atasına görə Hərb Akademiyasına qəbul edilmir. Birinci dəfə Türkiyənin tanınmış jurnalistlərindən Abidin Daverin qızı Pərizadla, bundan az sonra bir əcnəbi qadınla ailə quran Əli Ənvər sınaq pilotu olaraq çalışır. Lakin 1971-ci ildə keçirdiüi bir qəzada həlak olub.
Ənvər Paşanın bacısı Mediha Xanım Türkiyə Silahlı Qüvvələri Baş Qərargahın sabiq rəisi Qazam Orbayla ailə qursa da general Orbayın ailəsi 1945-ci ildə bir skandalla üzləşir. Orbayın oğlu Haşmet Ankarada bir həkimi öldürdüyünə görə məhkum edilir. Hadisəni ört-basdır etməkdə günahlandırılan Ankaranın qubernatoru Nevzat Tandoğan məhkəməyə çıxarıldıqdan sonra evində özünü vuraraq intihar edir. Bundan sonra Qazam Orbay 1946-cı ildə vəzifəsindən azad edilir və Yüksək Əsgəri Şura üzvlüyündən çıxarılır.
Ənvər Paşanın qızı, doktor Mahpeyker Ürgüpün məşhur psixiatr həkim Fikrət Ürgüp ilə ailə həyatı uzun çəkməyib. Onun övladı, fotoqraf Həsən Ürgüp 1989-cu ildə Caddebostandakı evində intihar edib. Ənvər Paşanın digər qızı Türkan Mayatepekin yoldaşı Hüveyda isə 1973-cü ildə Avstriyada səfir vəzifəsində çalışarkən açıqlanmayan səbəbdən vəfat edib...
Rəşad Süleymanov

1914