Bu gün Azərbaycanda Respublika Günüdür
Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasından 91 il ötdü
Bu gün Azərbaycanda Respublika Günü bayram olaraq qeyd edilir. Lent.az-ın məlumatına görə, 91 il əvvəl 1918-ci il mayın 28-də Şərqdə ilk dəfə demokratik respublika olaraq Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib. Bununla da Azərbaycan uzun illərdən sonra müstəmləkə olmaqdan qurtulub.
Müstəqillik Bəyannaməsi Milli Şuranın ilk toplantısında Tiflisdə qəbul edilib. Milli Şuraya Məmməd Əmin Rəsulzadə rəhbərlik edib. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoylu seçilib. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə - Bakı rusiyapərəst qüvvələrdən alınandan sonra milli hökumət Gəncədən Bakıya köçüb.
Bu Respublika parlamentli dövlət idi. Onun dövlət atributları - bayrağı, himni, gerbi qəbul edilib.
AXC-nin ömrü 23 ay sürüb. 1920-ci il aprelin 28-də sovet qoşunları Azərbaycanı işğal edib.
Yalnız 1991-ci ildə SSRİ dağıldıqdan sonra Azərbaycan özünü Xalq Cümhuriyyətinin varisi elan edib və ölkənin müstəqilliyi yenidən bərpa olunub.

1044