Hidayət Orucov İranın Bakıdakı səfirilə görüşdü
27 may 2009 15:45 (UTC +04:00)

Hidayət Orucov İranın Bakıdakı səfirilə görüşdü

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov İranın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Baqir Bəhramini qəbul edib. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, H.Orcuov iki ölkə arasındakı əlaqələrin qədim tarixə malik olduğunu nəzərə çatdıraraq bildirib ki, hər iki dövlət başçıları arasında qarşılıqlı işgüzar və dostluq münasibətlərinin genişlənməsində böyük əhəmiyyəti var. Azərbaycanda dövlət-din münasibətləri haqqında ətraflı məlumat verən komitə sədri deyib ki, ki, ölkəmizdə dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlət ölkədəki dini sabitlik üçün hərtərəfli qayğı göstərir: “Azərbaycan dövləti təriqətlərüstü siyasət yürüdür və ölkəmizdə heç bir dinə münasibətdə müstəsna hallara, ayrı-seçkiliyə yol verlimir. Azərbaycanın hər bir vətəndaşı dini etiqadda azaddır və onun hüquqları dövlət tərəfindən qorunur”.

Səfir Məhəmməd Baqir Bəhrami ölkələr arasında çoxtərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Azərbaycanı “dost, qardaş ölkə” adlandıran səfir “Azərbaycanın mənafeyini öz mənafeyimiz bilirik və inkişafına da öz uğurumuz kimi sevinirik“ - deyə, vurğulayıb.
H.Orcuov qonağı səfirlik fəaliyyətinə başlaması münasibətilə təbrik edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 991

Oxşar yazılar