Ərdoğanın sərhəd israrına generallardan sərt reaksiya
22 may 2009 18:30 (UTC +04:00)

Ərdoğanın sərhəd israrına generallardan sərt reaksiya

Ölkənin hərbi rəhbərliyi bəyan edib ki, Türkiyənin Azərbaycandan vaz keçməsi mümkün deyil

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın mayın 13-də Azərbaycana gəlməzdən əvvəl Ermənistanla münasibətləri ölkənin hərbçiləri ilə müzakirə etdiyi ortaya çıxıb.


Lent.az-ın xəbərinə görə, bu barədə baş nazirə yaxın mətbuat orqanı olan “Sabah” qəzeti məlumat yayıb. Qəzet yazır ki, bu il aprelin 29-da Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparılıb. Türkiyənin hərbi rəhbərliyi iclasda baş nazirə “Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələri inkişaf etdirmək istəyirik, amma Azərbaycanı itirə bilmərik. Fikir ayrılıqları ola bilər, ancaq Türkiyənin Azərbaycandan vaz keçməsi mümkün deyil”, deyiblər.

Bu toplantıdan bir neçə gün sonra Azərbaycana gələn Ərdoğan məsələ ilə bağlı mövqeyini qəti şəkildə bildirib. O, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan sərhədlərin açılmayacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 683

Oxşar yazılar