20 Yanvar faciəsindən 21 il ötür
Azərbaycan azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin 21-ci ildönümüdür. 20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür.
21 il əvvəl, yanvarın 19-dan 20-ə keçən gecə Azərbaycana qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığınd an hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusu vəhşicəsinə hücuma keçib, atəş açıb. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülüb, 600-dən çox adam yaralanıb. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu qiyməti almayıb, cinayətkarlar cəzalandırılmayıb.
20 Yanvar Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirib. Mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. İmperiyanın əsl siması həmin gün üzə çıxıb. Xalqımız müstəqillik uğrunda daha əzmlə mübarizəyə başlayıb. Bu gün müstəqil Azərbaycanda həmişə yüksək səviyyədə qeyd olunur, şəhidlərin ruhu yad edilir.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29