Elmar Məmmədyarov Qriqol Vaşadze ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadzeni qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə ölkələr arasında münasibətlərə dair keçən ilin nəticələri qiymətləndirilib və 2011-ci il üçün perspektiv planlar müzakirə edilib.
Görüşdə Azərbaycan-Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişafı və regionda enerji layihələrinin həyata keçirilməsində uğurlu əməkdaşlığın aparıldığı vurğulanıb. Bununla yanaşı, iki ölkənin beynəlxalq təşkilatlarda bir sıra qarşılıqlı maraq doğuran məsələlərdə birgə mövqedən çıxış etməsi, xüsusilə də Avropa Birliyi ilə əlaqədar birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Tərəflər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin hər iki ölkə üçün böyük əhəmiyyət kəsb etdiyini və regional layihələrin regionun inkişafına yönəldiyini qeyd ediblər.
Azərbaycanın və Gürcüstanın xarici işlər nazirləri hər iki ölkənin üzləşdiyi ərazi bütövlüyü problemi barəsində danışıb, münaqişələrin həllinə dair aparılan danışıq proseslərinin son durumu barədə biri-birini məlumatlandırıblar. Görüş zamanı qarşılıqlı maraq doğuran regional, qlobal və digər mövzular ətrafında da fikir mübadiləsi aparılıb.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29