TQDK-da Heydər Əliyevin anım mərasimi keçirilib
10 dekabr 2010 17:47 (UTC +04:00)

TQDK-da Heydər Əliyevin anım mərasimi keçirilib

TQDK-nın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbiri komissiyanın sədr müavini Namiq Babayev çıxış edib. O, Heydər Əliyevin keçdiyi həyat və mübarizə yolundan danışaraq deyib ki, mərhum prezidentin xidmətlər içərisində onun təhsil, elm və mədəniyyətin inkişafına göstərdiyi qayğı xüsusi yer tutur: “Heydər Əliyev hələ Sovet dövründə respublikaya rəhbərlik etməyə başladığı ilk illərdən ölkəmiz üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını xüsusi nəzarətdə saxlamışdı. Onun ikinci dəfə respublika rəhbərliyinə qayıdışından sonra bu iş daha geniş miqyasda davam etdirildi”.

TQDK sədri Məleykə Abbaszadə isə deyib ki, Azərbaycan keçmiş sovet respublikaları içərisində tələbə qəbulunu test üsulu ilə, kompüter texnologiyalarının tətbiqi vasitəsilə aparmağa keçən ilk ölkədir. Lakin bu sistemin qorunub saxlanması, mükəmməl elmi əsaslara və müasir texnologiyalara əsaslanan milli qiymətləndirmə sisteminin formalaşması Heydər Əliyevin xüsusi qayğısı nəticəsində mümkün olub.

Komissiya sədri bildirib ki, Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə layiqincə davam etdirən Prezident İlham Əliyev də tələbə qəbulu işinə, mütəxəssis hazırlığına təhsilimizin mühüm strateji əhəmiyyətli bir istiqaməti kimi yanaşır, bu sahəyə diqqət və qayğısını əsirgəmir.

Xatırladaq ki, dekabrın 12-də TQDK-nın kollektivi Fəxri Xiyabana gedərək mərhum eks-prezidentin məzarını ziyarət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1304

Oxşar yazılar