“AB və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi danışıqları yaxın aylarda başlaya bilər”
10 dekabr 2010 14:33 (UTC +04:00)

“AB və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi danışıqları yaxın aylarda başlaya bilər”

APA məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan xarici işlər nazirin müavini Mahmud Məmməquliyev bildirib.

Onun sözlərinə görə, viza rejiminin sadələşdirilməsi məsələsi Azərbaycan – Avropa Birliyi azadlıq, təhlükəsizlik, insan haqları və demokratiya Alt Komitəsinin 30 noyabr-1 dekabr tarixlərində Bakıda keçirilmiş ilk iclasında da müzakirə olunub: “Hesab edirəm ki, bu çox səmərəli görüş oldu. Avropalı həmkarlarım da eyni fikri ifadə etdilər. Alt Komitənin ilk iclasında bir neçə qərar qəbul olundu ki, biz də hazırda o qərarları həyata keçirməyə çalışırıq”.

Xatırladaq ki, qeyd olunan Alt Komitənin növbəti iclası gələn il Brüsseldə keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 696

Oxşar yazılar