“Ermənistanın işğal altındakı yer adlarını dəyişdirməsi ölkədaxili proseslərə hesablanıb”
“Müharibə həmişə gündəliyimizdə olub, bu gün də var. Bütün insanlar buna hazır olmalıdır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Milli Məclis sədrinin birinci müavini, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
Vitse-spikerin sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatının bütövlükdə hərbiləşməsi istiqamətində işlər görülür: “Beynəlxalq hüquq artıq münaqişənin həllinə təsir göstərməkdə acizliyini sübuta yetirib. Beynəlxalq hüquq yalnız istinad etmək hüququna çevrilib. Biz də istinad edirik və torpaqlarımızı işğaldan azad etmək hüququnu özümüzdə saxlayırıq. Azərbaycanın öz hüququnu qoruması üçün hər cür imkanları var və yaxın aylarda bunu görəcəyik. Sərkisyanla oturub söhbət etməyə vaxtımız yoxdur”.
Z. Əsgərov onu da vurğulayıb ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini minalaması və yer adlarını dəyişdirməsi ölkə daxili proseslərə hesablanıb: “Azərbaycan ərazilərində müvəqqəti olduqlarını başa düşən Ermənistan rəhbərliyi bununla sadə ermənilərin diqqətini ölkələrindəki aclıq və səfalətdən yayındırmağa çalışırlar. Ona görə də Ermənistanın bu addımları Azərbaycan vətəndaşlarını ruhdan salmamalı və torpaqların azad edilməsi üçün hərbi əməliyyatlara hər an hazır olmalıdırlar”.

Oxşar yazılar

Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53
İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13