“AXCP-Müsavat” bloku seçkilərin nəticələri ilə bağlı mövqeyini açıqladı
08 noyabr 2010 14:28 (UTC +04:00)

“AXCP-Müsavat” bloku seçkilərin nəticələri ilə bağlı mövqeyini açıqladı

APA-nın məlumatına görə, bunu seçkilərin nəticələrinə həsr olunmuş mətbuat konfransında “AXCP-Müsavat” blokunun həmsədrləri Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli bildirib.

«Ümumi rəyimiz ondan ibarətdir ki, bu seçkiləri tanımır və qeyri-legitim hesab edirik. Seçkilərin nəticələri ləğv olunmalı, yeni seçkilər keçirilməlidir», - deyə İ. Qəmbər bildirib.

İ. Qəmbər bundan sonra hər iki partiyanın mübarizəni hüquq müstəvisində davam etdirəcəklərini, bu gündən məhkəmələrə müraciətlərin başlandığını bildirib. O, kütləvi tədbirlərin nəzərdən keçirildiyini, günün ikinci yarısında bununla bağlı müzakirələr aparılacağını vurğulayıb.

AXCP sədri Əli Kərimli isə seçici aktivliyinin lazımı səviyyədə olmadığını bildirib.

Ə. Kərimli bu cür vəziyyətin yaranmasında beynəlxalq təşkilatları ittiham edib. Onun çıxışının bu hissəsində mətbuat konfransı keçirilən zala gəlmiş müxalifət nümayəndələri “ATƏT Azərbaycandan qovulsun!” şüarını səsləndiriblər.

Daha sonra “AXCP-Müsavat” blokundan namizədlər Pənah Hüseyn, Arif Hacılı və digərləri çıxış ediblər.
# 475

Oxşar yazılar