Stiven Blənk: “ABŞ Qafqaz siyasətində Rusiyaya uduzur”
Avrasiya üzrə məşhur analitik Stiven Blənk (Stephen Blank) hesab edir ki, Vaşinqton Qafqaz siyasətində Rusiyaya uduzur. APA-nın Vaşinqton müxbirinin məlumatına görə, 1989-cu ildən Strateji Araşdırmalar İnstitutunun Sovet bloku və post-Sovet məkanı üzrə eksperti olan Stiven Blənk son məruzəsində qeyd edir ki, ABŞ Avrasiyada regional rəqabətləri ABŞ-Rusiya gündəliyində ən mübahisəli məsələ hesab edir.
“Başını kolda gizlətmək və ya Rusiyanın siyasətini, maraqlarını, mentalitetini yanlış şərh etmək cavab deyil. Təkcə Rusiyanın Qafqaz və digər MDB ölkələri ilə bağlı siyasətini nəzərdən keçirməklə anlamaq olar ki, ABŞ-ın öhdəliklərini, maraqlarını və tərəfdaşlarını Rusiyaya güzəştə getməsi nə təhlükəsizliyə təminat verəcək nə də geosiyasi rəqabətə son qoyacaq”, - deyə o bildirib.
Azərbaycan barədə danışarkən S. Blənk “Əfqanıstana uçuşlar istisna olmaqla, Azərbaycan ABŞ üçün maraqlı deyil, enerji məsələsi bizim yox, Avropanın işidir” deyən dövlət departamentinin rəsmilərini ABŞ strategiyasının uzunmüddətli prinsiplərindən imtina etməkdə günahlandırır: “Bu rəsmilər hesab edirlər ki, kiçik Avrasiya dövlətləri ABŞ-a Rusiya ilə böyük məsələləri həll etməkdə problem yaradır, istənilən halda bu dövlətlər Rusiya üçün həssas məsələdir və Rusiya regionda hegemondur. Bizim siyasətimiz böyük dövlətlərin böyük problemləri həll etmək anlayışı ilə eynidir və “kiçik dövlətlərin” “kiçik problemlərinin” gündəliyimizdə nizamsızlıq yaratmasına icazə vermir. Buna görə də ABŞ kiçik dövlətlər və onların problemlərinin həllində aparıcı rolu səssiz-səmirsiz Rusiyaya güzəştə gedir, Rusiya ABŞ və Avropa ilə əməkdaşlığa əsaslanan yeni siyasətə qədəm qoymuş kimi görünür”.
Analitikin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması arasında əlaqəni görməkdən imtina edən ABŞ Administrasiyası Azərbaycanın iradəsi ilə üzləşib və Ermənistanda da dəstək qazanmadığı üçün özünü tərk olunmuş hiss edir.
S. Blənkin fikrincə, Rusiya özünü regionun təhlükəsizliyi üçün məsul sayır və Dağlıq Qarabağ münaqişəsinin həllində birinciliyi ələ almaq üçün gedişlər edir: “Moskva Dağlıq Qarabağ probleminin həllində qüvvə tətbiq etməmək üçün Bakıya təzyiqlərini artırıb. Belə bir məlumat var ki, Moskva Azərbaycanda hərbi baza yerləşdirmək istəyir, başqa sözlə, Qəbələ radiolokasiya stansiyasının müddətini uzatmaq və fəaliyyətin genişləndirmək niyyətindədir, eyni zamanda Azərbaycan iqtisadiyyatında da yerini möhkəmlətməyi fikirləşir. Rusiya xüsusilə Azərbaycanın Kremlin Xəzər enerji şəbəkəsinə inteqrasiyasına çalışır”.

Oxşar yazılar

Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11