“Münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanması ilə razılaşmayacağıq”
APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təhlükəsizlik məsələlərinə məsul yüksək vəzifəli şəxslərin oktyabrın 5-6-da Soçidə keçirilmiş Birinci Beynəlxalq Görüşündə “Beynəlxalq münaqişələrə çevrilə biləcək beynəlxalq təhlükəsizliyə təhdid və çağırışların dəyərləndirilməsi” mövzusunda çıxışı zamanı deyib.
Ramiz Mehdiyev bildirib ki, XXI əsrin əvvəlləri beynəlxalq münaqişəyə çevrilə biləcək ümumi təhlükəsizliyə qarşı keçmiş təhlükə və çağırışların aktuallaşması və yeni təhdid və çağırışların meydana çıxması ilə yadda qalıb: “Təcavüzkar separatçılıq, transmilli terrorçuluq və silahlı münaqişələr təhlükəli gücə çevrilib, buna qarşı bütün beynəlxalq ictimaiyyətin öz aktiv səylərini birləşdirməsi, müasir təhdidlərin qarşısının alınması və aradan qaldırılması probleminə yeni strateji yanaşmanın formalaşdırılmasını tələb olunur. Qeyd olunan şərtlər kontekstində Qafqaz-Xəzər regionunun geosiyasi statusu da dəyişib, burada gənc müstəqil dövlətlərin öz inkişaf modellərini seçməsi üçün yeni perspektivlər yaranıb”.
Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, bu gün Cənubi Qafqazda təhlükəsizlik və stabilliyə təhlükə yaradan faktorların əsasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair sazişin mövcud olmaması dayanır: “Hansı ki bu münaqişə təkcə region ölkələri deyil, həm də beynəlxalq ictimaiyyət üçün böyük təhlükə yaradır. Məhz buna görə də regionda stabillik və təhlükəsizlik bu münaqişənin qısa zamanda ədalətli həllindən və gələcəkdə yeni münaqişələrin baş verməsinin qarşısını alacaq effektli mexanizmin yaradılmasından əhəmiyyətli dərəcədə asılıdır. Bu isə öz növbəsində ümumi beynəlxalq təhlükəsizliyinin ayrılmaz hissəsi olan Cənubi Qafqazın regional təhlükəsizlik sisteminin yeni arxitekturasının formalaşdırılması prosesini sürətləndirməyə imkan yaradacaq”.
Ramiz Mehdiyev bildirib ki, Azərbaycan rəhbərliyinin yürütdüyü siyasət sülh yolu ilə inkişafa və sosial-siyasi stabilliyin qorunmasına istiqamətlənib: “Bu kursun reallaşması yalnız müəyyən xarici və daxili şərtlərdən asılıdır, çünki Azərbaycanın təhlükəsizliyinin dünyadakı durumdan, iri dövlətlərin maraqlarından və onların regionda siyasi, iqtisadi, hərbi, ekoloji və digər problemlərin həllinə yanaşmasından asılı olduğu aydındır. Hazırkı regional geosiyasi situasiyanın bütün mürəkkəbliyinə baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlamağa can atır, stabillik, təhlükəsizlik və iqtisadi inkişaf üçün şərait yaratmağa tərəfdar çıxır, regional və dünya dövlətləri ilə daimi əlaqələr saxlayır. Başqa sözlə desək, Azərbaycan öz təhlükəsizlik paradiqmasını, beynəlxalq və regional təhlükəsizlik sistemlərində ölkənin milli maraqlarına uyğun gələn etibarlı nöqtə tapmağa çalışır”.
Ramiz Mehdiyev bildirib ki, Ermənistanın öz ərazisini Azərbaycan torpaqların hesabına genişləndirmək cəhdləri nəticəsində meydana çıxan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq aləmdə mövcud olan ən “yaşlı” gərginlik ocaqlarındandır: “Buna görə də Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda nizamlanması beynəlxalq birliyin gündəmində mühüm yerlərdən birini tutmalıdır. Azərbaycan rəhbərliyi dəfələrlə ən yüksək səviyyədə bəyan edib ki, Dağlıq Qarabağ ətrafındakı işğal altında olan rayonların azad olunması məsələsini erməni əhalinin təhlükəsizliyinin təminatı və nəqliyyat kommunikasiyalarının açılması, Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi ilə əlaqələndirməyə, yekun statusun nizamlanmanın ikinci mərhələsində müzakirə etməyə hazırdır. Azərbaycan erməni əhalisinin təhlükəsiz yaşayışı üçün şərait yaratmağa qadirdir. 200 mindən artıq azərbaycanlını yurd-yuvasından qovan Ermənistandan fərqli olaraq, bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsi istisna olmaqla, digər bölgələrində 20 mindən artıq erməni yaşayır, erməni dilində televiziya verilişləri yayımlanır, erməni dilində informasiya agentliyi fəaliyyət göstərir. Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləyir. ATƏT, Avropa İttifaqı, Avropa Şurası və İslam Konfransı Təşkilatı kimi beynəlxalq strukturlar hesab edir ki, işğal olunmuş torpaqlar dərhal boşaldılmalı, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalı, azərbaycanlı və erməni icması sülh və əmin-amanlıq şəraitində bir yerdə yaşamalıdır. Hesab edirik ki, erməni tərəfi uydurma iddialar irəli sürmək yolu ilə problemin həllini uzatmaq taktikasından imtina edib, konstruktiv yanaşma nümayiş etdirərsə, münaqişənin nizamlanmasına dair danışıqlar prosesindən nəzərəçarpacaq dəyişikliklər gözləmək olar. Rəsmi İrəvan öz təcavüzkar siyasətində inadkarlığı dayandırmalı və dərk etməlidir ki, münaqişənin tezliklə nizamlanması və regionda stabilliyin bərqərar olması Ermənistanın özünün də maraqlarına cavab verir”.
Prezident Administrasiyasının rəhbəri bildirib ki, beynəlxalq təşkilatların münaqişəni sülh yolun ilə nizamlamağa qabil olmaması regional və ümumavropa təhlükəsizliyinin konfiqurasiyasını kövrək və ümidsiz edir ki, bu da öz növbəsində ağır nəticələrə səbəb ola bilər: “Azərbaycanın Dağlıq Qarabağ regionunda silahlı münaqişənin həll olunmamış qalması bu gün də genişmiqyaslı regional əməkdaşlıq üçün maneə olaraq qalmaqdadır. Bu, Avropanın və qlobal enerji təhlükəsizliyinin təminatına yönəlmiş perspektivli transmilli layihələrə ciddi zərər vura bilər”.
Ramiz Mehdiyevin sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, münaqişələrin süni şəkildə dondurulması bir qayda olaraq arzu olunan nəticəni vermir: “Bundan başqa, münaqişə zonasında “nə sülh, nə müharibə” vəziyyətinin uzun müddət davam etməsi regional və ümumavropa təhlükəsizlik sistemi üçün ciddi təhdiddir, çünki terror təşkilatları, cinayətkar qruplaşmalar işğal altında olan və nəzarətdən kənar qalmış ərazilərdə sığınacaq tapır, öz strukturlarını yaradırlar”.
Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Azərbaycan münaqişənin “dondurulmuş” vəziyyətdə saxlanması və nizamlanma prosesinin sonsuz danışıqlar hesabına uzadılması ilə heç vaxt razılaşmayacaq: “Azərbaycanın erməni işğalı altında olan ərazilərində insanlığa qarşı törədilən cinayətlər, etnik təmizləmə siyasətinin yürüdülməsi, monoetnik mədəniyyətin yaradılması beynəlxalq hüququ kobud şəkildə pozur, mövcud işğal “status-kvo”nun möhkəmlənməsinə, ələ keçirilmiş ərazilərin süni şəkildə məskunlaşdırılmasına xidmət edir ki, bu da regionda təhlükəsizlik üçün ciddi təhlükə yaradır”.

682