Erməni daşnakları Bakıya gəlirlər
Oktyabrın 11-12-də Bakıda solçu partiyaların beynəlxalq ittifaqı olan Sosialist İnternasionalının (Sosintern) MDB ölkələri, Qafqaz və Qara dəniz regionları üzrə toplantısının keçirilməsi planlaşdırılır.
APA-nın məlumatına görə, tədbirdə Avropa və bölgədəki solçu, sosial-demokrat partiyalarının nümayəndələri iştirak edəcək. Ermənistan mətbuatı yazıb ki, tədbirdə Ermənistanın Daşnaksutyun Partiyasının nümayəndələri Mario Nalbandyan və partiyanın “Ay Dat” ofisinin nümayəndəsi Kiro Manoyanın da iştirakı gözlənilir. Lakin AZAL-ın Tiflis-Bakı aviareysinə bilet almaq üçün Azərbaycanın Gürcüstandakı səfirliyi və ya Azərbaycan Daxili İşlər Nazirliyinin icazəsi lazımdır. Bu məsələ ilə Sosinternin məşğul olduğu bildirilir.
Məsələyə münasibət bildirən Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıxov qeyd olunan tədbirdən və ermənilərin orada iştirak edib-etməyəcəyindən xəbərsiz olduğunu bildirib: “Daşnaksutyun sosial-demokrat partiyası olaraq Sosinternin üzvüdür. Mənim bu tədbirdən və Daşnaksutyunun bu tədbirdə iştirak edib-etməyəcəyindən xəbərim yoxdur. Qayda belədir ki, beynəlxalq tədbirin keçirildiyi yerə həmin ölkə ev sahibliyi edir. Burada tədbir ev sahibi olan ölkənin deyil, beynəlxalq təşkilatın qərar və prosedurlar əsasında keçirilir”.
Qeyd edək ki, hazırda Sosinterndə dünyanın müxtəlif ölkələrindən 170 siyasi partiya və təşkilat təmsil olunur. Daşnaksutyun kimi ultramillətçi şovinist-faşist bir partiyanın sosial-demokrat maskası ilə bu qurumda təmsil olunması Sosinternin nüfuzunu şübhə altına almağa əsas verir.

Oxşar yazılar

Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11