“Polşadakı Azərbaycan siyasi mühacirətinin irsindən” kitabı işıq üzü görüb
07 oktyabr 2010 18:58 (UTC +04:00)

“Polşadakı Azərbaycan siyasi mühacirətinin irsindən” kitabı işıq üzü görüb

Azərbaycanın Polşadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, kitaba 1930-cu illərdə Polşada fəaliyyət göstərən M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, M.Mir-Mehdiyev, İ.İsrafilbəyov və b. siyasi mühacirət nümayəndələrinin yerli və mühacir mətbuatındakı məqalə və çıxışları, habelə Azərbaycanla bağlı çoxsaylı materiallar daxil edilib. V.Quliyev kitaba “Fikir və söz vasitəsi ilə mübarizə” adlı geniş müqəddimə yazıb, eyni zamanda mətnlərdə təsadüf olunan şəxs, yer adlarına, siyasi proses və tarixi hadisələrlə bağlı anlayışlara geniş şərhlər verib. Müəlliflər haqqındakı məlumatlar onların hər birinin Azərbaycanın siyasi tarixində və mühacirət həyatında tutduqları yeri müəyyənləşdirməyə yardım edir.

Gərgin axtarışların bəhrəsi olan 600 səhifəlik bu nadir nəşrlər toplusu Azərbaycan Cümhuriyyətinin və siyasi mühacirət nümayəndələrimizin tarixi ilə bağlı bir sıra az öyrənilmiş, naməlum səhifələrə işıq salır. Kitabda əksəriyyəti Polşa arxivlərindən götürülmüş nadir sənədlərin foto-nüsxələri və foto-şəkillər yer alıb.
# 532

Oxşar yazılar