Azərbaycan prezidenti yəhudi uşaqlar üçün təhsil mərkəzinin açılışında iştirak edib
04 oktyabr 2010 20:07 (UTC +04:00)

Azərbaycan prezidenti yəhudi uşaqlar üçün təhsil mərkəzinin açılışında iştirak edib

APA-nın məlumatına görə, dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib, mərkəzdə yaradılmış şəraitlə tanış olub.

Prezidentə məlumat verilib ki, mərkəzin tikintisi üçün 1,5 hektar torpaq sahəsi ayrılıb. Mərkəzin 30 siniflik tədris korpusu var. Mərkəzdə yeməkxana, idman salonu, meydança, fənn kabinetləri, kompyuter otaqları müasir avadanlıqla tam təchiz edilib. Burada yəhudi tarixi və mədəniyyəti mərkəzi, kitabxana təşkil edilib, kompleksin həm təhsil, həm də mədəniyyət mərkəzi kimi fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb.

MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayev Azərbaycanda yəhudilərə göstərilən diqqət və qayğıdan danışıb, ölkəmizin tolerantlıq nümunəsi olduğunu vurğulayıb.

Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya Azərbaycanda tolerantlığın və konfessiyalararası dialoqun inkişafındakı xidmətlərinə görə mükafat təqdim olunub.
# 614

Oxşar yazılar