“Müsavatın MSK-ya iki nümayəndə göndərməsinin hüquqi əsası yoxdur”
Müsavat Partiyasının MSK-ya iki nümayəndə göndərməsi hüquqi baxımdan doğru deyil.
Lent.az-ın məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev jurnalistlərə açıqlamasında belə deyib. O qeyd edib ki, BAXCP parlament seçkisinə qədər MSK-nın tam tərkibdə formalaşmasına tərəfdardır: “Biz bununla bağlı fikirlərimizi dəfələrlə səsləndirmişik. Şəxsən mən parlament tribunasından bir neçə dəfə bu məsələni qaldırmışam. Hətta seçkiyə bir gün qalmış MSK-nın tam tərkibdə formalaşması baş tutsa, biz bunu alqışlayacağıq. Ancaq son günlər mətbuatda yanlış olaraq belə fikir səslənir ki, guya Müsavat MSK-da iki yerlə təmsil oluna bilər. Məsələyə hüquqi nöqteyi-nəzərdən yanaşdıqda maraqlı məqamlar ortaya çıxır. Azlıqda qalan partiyaların Milli Məclis rəhbərliyi o vaxt əldə etdiyi razılaşmaya görə, bir yer Müsavat Partiyasına verməli idi. Hazırda iki yer ona görə boşdur ki, azlıqda qalan partiyalardan birinin təqdim etdiyi nümayəndə - Rövşən İsmayılov Konstitusiya Məhkəməsinin hakimi təyin olunub. Bir yerə irəli sürüləcək bitərəf namizəd isə azlıqda qalan partiyalarla razılaşdırılmalıdır. Bu razılaşdırma da o vaxtdan baş tutmayıb və beləliklə də MSK-da üç yer boş qalıb. Bütün bunları nəzərə alaraq hesab edirik ki, Müsavatın MSK-ya iki nümayəndə göndərməsi doğru deyil və bu addımın hüquqi əsası yoxdur”.
Qüdrət Həsənquliyev MSK-nın tam tərkibdə formalaşmasının həlli barədə dəfələrlə Milli Məclisin iclaslarında məsələ qaldırdıqlarını xatırladıb: “Biz öz nümayəndəmizi də təqdim etmişik. Hesab edirik ki, BAXCP olaraq, azlıqda qalan partiya kimi bizim də MSK-da bir nümayəndə ilə təmsil olunmaq haqqımız var. Parlamentdə azlıqda qalan partiyalar da BAXCP-nin MSK-da bir nümayəndə ilə iştirakına etiraz etmirlər”.
BAXCP sədri hələ də bu məsələnin Milli Məclis müzakirəyə çıxarılmamasına təəssüfləndiyini də söyləyib. Onun sözlərinə görə, Milli Məclis rəhbərliyindən məsələnin müzakirəyə çıxarılması xahiş olunub: “İnanırıq ki, Azərbaycanın müstəqilliyində xidmətləri olan, cəmiyyətdə kifayət qədər tanınan BAXCP nümayəndəsi Mikayıl Rəhimov MSK-ya üzv təyin olunacaq. Mikayıl bəyin təcrübəli siyasətçi, uzun müddət seçki prosesində fəal iştirak etmiş şəxs kimi bizi MSK-da çox yüksək səviyyədə təmsil edəcəyinə əminik”.

Oxşar yazılar

Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11