Hidayət Orucov: “Azərbaycan və yəhudi xalqlarının taleyi bir-birinə yaxındır”
Bu gün Quba rayonunda dağ yəhudilərinin sıx yaşadığı “Qırmızı qəsəbə”də əsaslı təmirdən sonra sinaqoq istifadəyə verilib. Eyni zamanda, həmin sinaqoqun 200 yaşı qeyd olunub. Sinaqoq 1810-cu ildə tikilib. 1890-cı ildə əsaslı təmir olunub. Son illər istismara yarasız vəziyyətə düşdüyündən 2009-cu ildə sinaqoqun əsaslı təmirinə başlanılıb.
Açılış mərasimində Azərbaycanın Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov, İsrailin azərbaycandakı səfirinin müavini Şlomo Ben Tsivi, Quba rayon icra hakimiyyətinin başçısı və Dağ Yəhudiləri İcmasının üzvləri iştirak edib. Mərasimdə çıxış edən Hidayət Orucov sinaqoqun açılışının təqdirəlayiq hal olduğunu bildirib:
“Azərbaycan və yəhudi xalqlarının taleyi bir-birinə yaxındır. Hər iki xalq zaman-zaman kənar təzyiqlərə məruz qalıb. Azərbaycanda yüzlərlə dini və milli azlıqlar yaşayır. Azərbaycan xalqı daim bu azlıqlarla dostluq və mehribanlıq şəraitində yaşayıb. Azərbaycan MDB ölkələri arasında dini və milli azlıqlara münasibətdə ən tolerant ölkədir.”
Sinaqoqun əsaslı təmirinə yəhudi əsilli Zaxaryayev qardaşları maddi dəstək göstərib.

Oxşar yazılar

Ermənistanın əsir və girov götürdüyü şəxslər ifadə verdilər
17 iyul 2025 , 20:57
İranda prezidentə itaətsizlik: Rəsmilər niyə ona qarşı çıxır?
17 iyul 2025 , 17:23
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov ŞUŞADA
17 iyul 2025 , 12:30
“Melaniya çox ağıllıdır”: Tramp birinci xanımın Ukrayna ilə bağlı qərarlarına necə təsir etdiyini AÇIQLADI
16 iyul 2025 , 17:44
Bu gündən Çinə vizasız gediş-gəliş qüvvəyə minir
16 iyul 2025 , 10:08
"Bu işi Qarabağ və Şərqi Zəngəzurda Azərbaycanın lideri İlham Əliyev görür" - VÜSALƏ MAHİRQIZI
15 iyul 2025 , 20:48
Ermənistan ordusunun azərbaycanlılara işgəncə verməsini əks etdirən kadrlar nümayiş etdirildi
14 iyul 2025 , 21:11