Ermənistandan nüvə təhdidi
01 oktyabr 2010 20:00 (UTC +04:00)

Ermənistandan nüvə təhdidi

Oktyabrın 1-də Cenevrə şəhərində Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Yan Kubiş arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tərəflər Azərbaycanla sözügedən təşkilat arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu, BMT-nin Avropa İqtisadi Komissiyası çərçivəsində energetika, nəqliyyat, ətraf mühit, gömrük, informasiya-kommunikasiya texnologiyaları, ticarət və digər sahələrdə uğurlu fəaliyyətin həyata keçirildiyini qeyd edib, gələcəkdə iqtisadiyyatın müxtəlif sahələrində yeni layihələrin işlənib-hazırlanması və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Ermənistanda yeni nüvə enerjisi stansiyasının inşası ilə bağlı Azərbaycan tərəfinin narahatlığını BMT-nin İqtisadi Komissiyasının rəhbərinin diqqətinə çatdıran nazir müavini köhnə “Metsamor” stansiyasının əsasında yeni nüvə enerjisi stansiyasının tikilməsinin regionun ekologiyasına və sosial-iqtisadi vəziyyətinə ciddi təhlükə və risklərin mənbəyi olacağını bildirib.
# 560

Oxşar yazılar