BŞBPİ-nin rəis müavini İsa Qəmbər və Əli Kərimliyə məktub göndərib
30 sentyabr 2010 18:38 (UTC +04:00)

BŞBPİ-nin rəis müavini İsa Qəmbər və Əli Kərimliyə məktub göndərib

T. Yaqublunun APA-ya verdiyi məlumata görə, onları BŞBPİ-nin rəis müavini Yaşar Əliyev qəbul edib. Y. Əliyev onlara Rusiyanın “İzvestiya” qəzeti və “izvestiya.ru” saytından götürülərək Azərbaycan dilinə tərcümə edilmiş icmal-məqalə təqdim edib. Məqalədə müxtəlif inkişaf etmiş ölkələrdə – Almaniya, Yaponiya, Litva, İsveç, İsveçrə, Belçika və digərlərində sərbəst toplaşmaq haqqında qanunvericiliklə bağlı məlumatlar əksini tapıb.


“Yaşar Əliyev bu məqalə ilə bizə sübut etmək istəyirdi ki, həmin dövlətlərdə sərbəst toplaşmaq haqqında qanunvericilik daha bərbad vəziyyətdədir, nəinki Azərbaycanda. Daha sonra Yaşar Əliyev bizə dedi ki, bu məqaləni aldığınıza dair kağıza imza atın. Biz də onu imzaladıq. Sonradan gördük ki, bu, hüquqi sənəd deyil”, - deyə T. Yaqublu bildirib.


Bundan başqa, Yaşar Əliyev öz adından Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlinin adına olan iki məktubu da partiya funksionerlərinə verib. Məktubların hər birinə “İzvestiya” qəzeti və “izvestiya.ru” saytındakı məqalə-icmal da qovluqda əlavə olunub.
# 583

Oxşar yazılar