Məzahir Pənahov seçiciləri fəal olmağa çağırdı
Referendumu izləyən beynəlxalq müşahidəçilərin sayı 177 nəfərə çatıb
Martın 18-də saat 08:00-da Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın “Seçkilər” İnformasiya Mərkəzində mətbuat konfransı keçirib. Lent.az-ın MSK-dakı əməkdaşının verdiyi məlumata görə, o bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə ölkə ərazisində ümumxalq səsverməsi – referendum keçirilməsinə start verilib.
M.Pənahov seçiciləri fəal olmağa çağırıb: “Mən sizə bu tarixi fəaliyyətinizdə uğurlar arzulayıram”.
MSK sədri deyib ki, referendumu izləyən beynəlxalq müşahidəçilərin sayı artıq 177 nəfərə çatıb.
Səslərin hesablanması məsələsindən danışan Komissiya sədri, referendum üzrə səsvermə bülletenindəki 29 bəndin hər biri üzrə səsvermənin nəticələrinin ayrılıqda hesablanacağını və nəticələrinin ayrılıqda elan olunacağını bildirib.
Pərvin Abbasov

1116