MSK referendum öncəsi son iclasını keçirdi
17 mart 2009 17:00 (UTC +04:00)

MSK referendum öncəsi son iclasını keçirdi

Məzahir Pənahovla Osman Kazımovun dialoqu iclasdan çox vaxt apardı

Mərkəzi Seçki Komissiyasının (MSK) referendum öncəsi sonuncu iclası keçirilib. Lent.az-ın xəbərinə görə, iclasda MSK-nın 2 mart 2009-cu il tarixli iclas protokolu təsdiqlənib. Daha sonra bəzi dairə seçki (referendum) komissiyalarının tərkibində dəyişiklik edilib.

Daha sonra “Qarabağ və Respublika Uğrunda Hərəkat” referendum üzrə təşviqat qrupunun MSK-dakı məşvərətçi səs hüquqlu üzvü Ənvər Əliyev və “Respublikaçılar” referendum üzrə təşviqat qrupunun MSK-dakı məşvərətçi səs hüquqlu üzvü Osman Kazımovun çıxışları dinlənilib.

O.Kazımovla MSK sədri Məzahir Pənahovun dialoquna MSK-nın gündəliyində duran məsələlərə ayrılmış vaxtdan çox zaman sərf olunub. O.Kazımov təmsil etdiyi təşviqat qrupunun nümayəndələrinə qarşı bir sıra qanun pozuntularının olduğunu iddia edib. M.Pənahov isə onun iddialarının bir qismini qəbul etməyib, digər qisminin isə araşdırıldığını deyib.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1230

Oxşar yazılar