Gəncədə referendumu 1000-dən artıq yerli müşahidəçi izləyəcək
17 mart 2009 12:15 (UTC +04:00)

Gəncədə referendumu 1000-dən artıq yerli müşahidəçi izləyəcək

Şəhərdə 147654 seçici qeydiyyata alınıb
Gəncə şəhərindəki 37, 38 saylı Gəncə şəhər Nizami rayon, 39 və 40 saylı Kəpəz rayon Dairə Seçki Komissiyaları üzrə 147654 seçici qeydiyyata alınıb. Lent.az-ın Gəncəbasar müxbirinin 4 DSK-dan aldığı məlumata görə referendumu 1000-dən artıq yerli müşahidəçi izləyəcək. Gəncə şəhərində 110 məntəqə var ki, onlardan 26-da veb kamera quraşdırılıb. Dairə Seçki Komissiyalarında referendumun keçirilməsi ilə bağlı son hazırlıq işləri görülür.
Vüsalə Cənnətova
# 1144

Oxşar yazılar